Putinin bunu deməsi dünyanın zəifliyini göstərir Zelenski
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya dövlətçiliyini itirməsi ilə bağlı sözləri onun həqiqətən müharibə ilə nəyə nail olmaq istədiyini nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda deyib.
Zelenski Kreml rəhbərinin bu kimi bəyanatlarının dayandırılmamasını “dünyanın zəifliyi” ilə əlaqələndirib:
"Niyə zəiflik? Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır".
Zelenski əlavə edib ki, Putin I və II dünya müharibələri, həmçinin Çernobılda baş verənləri ən böyük faciələr adlandırmayıb:
"Yəni insanla bağlı heç nə yox idi. Ona görə də onun məqsədi bəllidir - Sovet İttifaqını geri qaytarmaq və Ukraynanın şərqi deyil, Donbası deyil, bütün dövlətimizi işğal etmək", - prezident vurğulayıb.
Baxış sayı:101
Bu xəbər 03 Oktyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















