Icma.az
close
up
RU
Türkiyəli politoloq: “Tramp Putini öz tərəfinə çəkəcək və Çinə qarşı...”

Türkiyəli politoloq: “Tramp Putini öz tərəfinə çəkəcək və Çinə qarşı...”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən dünya siyasətində iki mühüm görüş baş tutdu. Ər-Riyadda Ukrayna iştirak etmədən ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparıldı, eyni zamanda Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirildi. Bu iki görüş beynəlxalq münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Qərb dünyasının Ukraynanı tək qoyduğu bir vaxtda Ankara Kiyevə açıq dəstəyini nümayiş etdirdi. Ərdoğan Zelenskini siyasi himayəsi altına alaraq Ukraynanın tək olmadığını dünyaya mesaj verdi. Bu fonda Ər-Riyaddakı ABŞ-Rusiya görüşü diqqət çəkir. Ukraynanın iştirak etmədiyi bu görüşdə hansı ssenarilərin müzakirə olunduğu və Kiyevsiz bir sülh prosesinin mümkün olub-olmadığı sual doğurur. Bəs bu diplomatik hərəkətlilik müharibənin gedişatına necə təsir edəcək?

Bu barədə Moderator.az-a danışan türkiyəli politoloq  Hasan Oktay deyib ki, dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi Trampın müdaxiləsi ilə daha da çıxılmaz bir mərhələyə qədəm qoyub:

“Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ görüşünə Zelenskinin dəvət olunmaması, Ukrayna ilə bağlı hansı sülh prosesinin başlanacağına dair qeyri-müəyyənlik yaradıb. Burada Zelenskinin razılığı olmadan sülhün imzalanması mümkün olmadığı üçün xüsusilə onun prezidentlik müddətinin başa çatdığı və Ukraynada seçkilər keçirilməli olduğu, yeni bir prezidentin seçilməsindən sonra danışıqların aparılmalı olduğu vurğulanıb. Ukrayna böhranının Rusiyanın hücumu ilə başladığını nəzərə almadan bütün məsuliyyəti Zelenskinin üzərinə qoymaq və onu prosesdən kənarlaşdıraraq yeni seçiləcək Ukrayna rəhbəri ilə hər hansı sülh sazişi imzalamaq hazırkı şəraitdə mümkün görünmür. Avropa İttifaqı Səudiyyə Ərəbistanındakı bu görüşü nəzərə alaraq Parisdə təcili toplantı keçirib. İttifaq, ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı ərazilərini qorumaq üçün bir yol xəritəsi üzərində işləyir”.

Politoloq əlavə edib ki, Ər-Riyadda Ukrayna ilə bağlı bir toplantı keçirilsə də, əslində Ukrayna böhranından əvvəl ABŞ, Rusiyanı Çinə qarşı həyata keçirilməsi planlaşdırılan əməliyyata razı salmaq məqsədilə Ukrayna məsələsini təzyiq kimi istifadə edirdi. Yəni, ABŞ, Rusiyanı Çinə qarşı daha geniş bir hərbi əməliyyatla bağlı razı salmağa çalışırdı:

“Rusiya isə  Ukrayna torpaqlarına hücum etdi və nəticədə ABŞ əsas məqsədindən uzaqlaşdı. İndi Tramp Rusiyanı öz tərəfinə çəkərək Avropa İttifaqı ilə Rusiyanın Ukraynada qarşı-qarşıya gəlməsinə şərait yaradıb. 

Türkiyə isə Ukrayna böhranında əvvəldən  tərəfsizlik prinsipini qoruyub, lakin bununla yanaşı, hər fürsətdə Ukraynanın ərazi bütövlüyünü vurğulayıb. Zelenski Türkiyəyə gələrək Rusiya ilə ABŞ arasında balanslı bir siyasət yürüdən Ərdoğanın himayəsinə sığındı. Trabzonda səsləndirilən açıqlamalarla Zelenskinin tək günahkar kimi göstərilməsinə qarşı Ərdoğanın açıq şəkildə Zelenski ilə görüşməsi ona ciddi mənada mənəvi dəstək oldu. Ukrayna xalqı işğala son qoymaq üçün sona qədər mübarizə aparmaq niyyətindədir. Tramp isə "sülh üçün addım atdım, lakin artıq prosesi Avropa İttifaqı idarə edəcək" deyərək Rusiyanı öz tərəfinə çəkəcək və Çinə qarşı böyük bir iqtisadi sanksiyalar tətbiq edəcəkdir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri