Icma.az
close
up
RU
Tramp partiyadaşları ilə üz üzə qaldı Respublikaçılardan etiraz dalğası KONKRET

Tramp partiyadaşları ilə üz üzə qaldı Respublikaçılardan etiraz dalğası KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da prezident Donald Trampın adı növbəti qalmaqalda hallanır. Vaşinqtonda cinsi istismar qalmaqalına görə siyasi gərginlik artır. Trampın respublikaçılar içərisindəki ən sadiq tərəfdarları – MAGA hərəkatının nüfuzlu üzvləri belə, bu dəfə ona qarşı çıxıblar. Bəzi konqresmenlər Trampı seksual manyak milyarder Cefri Epşteynin qaranlıq keçmişini gizlətməkdə ittiham edir.

KONKRET.az xəbər verir ki, ABŞ Konqresindəki Respublikaçılar Partiyasının bir sıra üzvləri, o cümlədən Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampın və Baş prokuror Pəm Bondinin Epşteynin “müştəri siyahılarını” ictimaiyyətdən gizlətməsinə qarşı çıxıb. Conson mühafizəkar podkastçıya müsahibəsində bildirib ki, bu məsələ son dərəcə həssas olsa da, “şəffaflıq naminə siyahılar dərhal ictimailəşdirilməlidir”.

Qeyd edək ki, daha əvvəl Pəm Bondi bu sənədlərin “öz masasının üstündə olduğunu” desə də, sonradan onların “mövcud olmadığını” açıqlayıb. Bu isə MAGA hərəkatının sərt xətt tərəfdarları arasında qəzəb doğurub.

Tramp isə Epşteynin müştəri siyahısında öz adının ola biləcəyindən ehtiyat edərək məsələni ört-basdır etməyə çalışmaqda ittiham olunur. Onun Epşteynlə birlikdə çəkilmiş arxiv fotoşəkilləri və keçmişdəki əlaqələri artıq ictimaiyyətin gündəmindədir.

Bu məsələyə Demokrat Partiyası da reaksiya verib. Palatanın azlıq lideri Hakeem Jeffries Trampı və Bondini “həqiqəti gizlətməkdə” günahlandırıb və bildirib ki, əgər gizli heç nə yoxdursa, siyahılar dərhal açıqlanmalıdır. Senat isə Epşteyn işi ilə bağlı bütün sübutların saxlanılması və ictimaiyyətə təqdim olunması tələbi ilə qanun layihəsinə dəyişiklik təklif edib.

Müşahidəçilər hesab edir ki, bu qalmaqal Trampın siyasi gələcəyinə ciddi zərbə vura bilər. Onun MAGA daxilində dəstəyini itirməsi, 2026-cı il aralıq seçkilərində respublikaçıların Konqresdə çoxluğu qoruyub saxlamaq imkanlarını azalda bilər.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri