Seçicilər Respublikaçılardan niyə üz döndərdİ? Metyu Brayzadan ŞƏRH
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların Konqresin hər iki palatasında böyük üstünlüklə qələbə qazanması Donald Tramp administrasiyası üçün ciddi siyasi zərbədir. Nəticələr göstərir ki, hətta Respublikaçı seçicilərin bir hissəsi də Trampın siyasətindən narazıdır. Xüsusilə yaşayış xərclərinin yüksək olması, inflyasiyanın azaldılması ilə bağlı vədlərin yerinə yetirilməməsi və administrasiyada korrupsiya iddiaları seçicilərin mövqeyinə təsir edib".
Bunu amerikalı siyasi şərhçi Metyu Brayza Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, seçkilərin nəticələrini Trampın prezidentliyinə verilən qiymət kimi dəyərləndirmək olar:
"Belə ki, prezident seçkilərdən əvvəl tərəfdarlarına sanki onun özünün də səsvermədə iştirak etdiyini düşünərək səs verməyə çağırmışdı. Buna baxmayaraq, Respublikaçıların ağır məğlubiyyəti Trampın siyasi yanaşmasına qarşı ciddi narazılığın olduğunu göstərir. Trampın ictimai dəstək reytinqi müxtəlif sorğulara əsasən 31-33 faiz arasında dəyişir. Bu, ABŞ prezidentləri arasında rəy sorğularının aparılmağa başlanmasından bəri qeydə alınan ən aşağı göstərici kimi təqdim olunur".
Şərhçinin fikrincə, seçicilərin narazılığının əsas səbəblərindən biri yaşayış xərclərinin və inflyasiyanın yüksək səviyyədə qalmasıdır:
"Tramp hakimiyyətə gəldiyi ilk gündən qiymətləri aşağı salacağını vəd etsə də, bu istiqamətdə gözləntilər özünü doğrultmayıb. Bundan başqa, onun rəhbər komandası və ailəsi ilə bağlı korrupsiya iddiaları da ictimai narazılığı artırıb".
Metyu Brayzanın qənaətinə görə, Demokratların Konqresə nəzarəti ələ keçirməsi Trampın qanunvericilik təşəbbüslərinə qarşı müqaviməti gücləndirəcək:
"Demokratlar prezidentin əvvəlki qərarlarını dəyişdirməyə yönələn qanun layihələri irəli sürə bilərlər. Tramp isə belə təşəbbüslərə veto qoymaq imkanına malikdir. Demokratların prezident vetosunu aşması üçün Senatda üçdə iki səs çoxluğu, yəni 67 səs toplaması tələb olunur".
Şərhçi hesab edir ki, Demokratların bu sayda səs əldə etməsi real görünmür. İranla müharibə məsələsinə toxunan Brayza bildirib ki, Demokratların nəzarətində olan Konqres hərbi əməliyyatların maliyyələşdirilməsini məhdudlaşdırmaq imkanına malikdir. Lakin artıq təsdiqlənmiş vəsaitlərin xərclənməsi müəyyən müddət davam edə bilər. Buna görə də Tramp istəsə, hərbi əməliyyatları davam etdirə bilər.
"Tramp hazırda İranla razılaşma əldə etməyə çalışır və hərbi gücdən istifadə təhdidini Tehranı atəşkəsə razı salmaq üçün təzyiq vasitəsi kimi görür. Danışıqların əsas mövzuları İranın nüvə silahı proqramının dayandırılması və Hörmüz boğazında sərbəst dəniz nəqliyyatının təmin edilməsidir".
O əlavə edib ki, Demokratlar Konqresdəki mövqelərindən istifadə edərək Tramp administrasiyası və onun ailəsi ilə bağlı korrupsiya iddialarını araşdırmağa çalışacaqlar. Həmçinin İlon Maskın rəhbərlik etdiyi dövlət xərclərinin azaldılması təşəbbüslərinin qanuniliyinin yoxlanılması da gündəmə gələ bilər.
Brayzanın fikrincə, bu araşdırmalar Respublikaçılarla Demokratlar arasında qarşıdurmanı daha da kəskinləşdirəcək və ABŞ-də siyasi mübarizəni gərginləşdirəcək.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Noyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















