Tramp Pekinə getməzdən öncə Çin gizli nüvə zavodu açır Yeni savaş başlayır?
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri ərəfəsində Çinin öz nüvə potensialını məxfi yollarla artırdığı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı paylaşıb.
Xəbərə əsasən, Çin hökuməti nüvə silahı hazırlayan yeni zavod inşa etmək məqsədilə Siçuan əyalətində yerləşən kəndlərdən birinin əhalisini köçürüb. Qeyd olunan əsas tikililərdən biri Tonqjiang çayı yaxınlığında ucaldılmış qeyri-standart formalı nəhəng günbəzdir.
"Böyük ehtimalla, avadanlıqların quraşdırılması prosesi davam edir və obyekt hələ tam olaraq istismara verilməyib", - deyə məlumatda bildirilib.
Sahəsi 3 300 kvadratmetrə çatan bu obyekt partlayışa dözümlü qapılar, həmçinin radiasiya ölçən cihazlarla təchiz edilmiş beton-polad strukturla qorunur. Analitiklər hesab edirlər ki, bu məkan plutonium və uran kimi kəskin radioaktiv maddələrin mühafizəsi üçün tikilib.
Diqqətçəkən məqam odur ki, bu inşaat işləri nüvə arsenalının genişləndirilməsi məsələsində Pekinə təsir etmək istəyən ABŞ prezidentinin səfərindən dərhal öncə həyata keçirilir. Lakin CNN-in mənbələrinə görə, Çin tərəfi Trampın irəli sürdüyü şərtləri qəbul etməyi planlaşdırmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 02 Aprel 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















