Vaşinqtondan Pekinə yeni sanksiya zərbəsi
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Sənəddə qeyd edilir: "Xinbi Guarantee" kiber fırıldaqçılıq, çirkli pulların yuyulması və amerikalıları hədəf alan digər qanunsuz fəaliyyətləri dəstəkləmək üçün istifadə edilən qanunsuz onlayn bazardır".
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, 2022-ci ildə yarandığı gündən bəri "Xinbi Guarantee" təxminən 24 milyard dollarlıq onlayn aktivlərin köçürülməsi üçün istifadə olunub.
Onlayn platformanın özü ilə yanaşı, onun fəaliyyətinə kömək etdiyi iddia edilən iki hüquqi şəxs ABŞ-nin sanksiya siyahısına əlavə edilib. Bunlar Sinqapurda yerləşən "SafeW Technology" və Kambocada yerləşən "Anwen Technology" şirkətləridir.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının bu qurumlarla əməkdaşlığının qadağan edilməsini nəzərdə tutur.
Baxış sayı:128
Bu xəbər 10 Sentyabr 2026 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















