Icma.az
close
up
RU
Tramp Putin arasında 6 cı telefon danışığı Film mübadiləsində razılığa gəliblər

Tramp Putin arasında 6 cı telefon danışığı Film mübadiləsində razılığa gəliblər

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında baş tutan son telefon danışığı beynəlxalq medianın gündəmindədir. 

“AzPolitika” xəbər verir ki, təxminən bir saat davam edən söhbətdə Ukrayna müharibəsi, İran–Suriya böhranı və ümumilikdə Yaxın Şərqdəki gərginlik müzakirə olunub. Lakin danışıq gözləntiləri qarşılamayıb.

Kreml açıqlamasına görə, Tramp yenidən Ukraynadakı hərbi əməliyyatların dayandırılmasını gündəmə gətirib. Putin isə Rusiyanın danışıqlara hazır olduğunu, lakin "xüsusi hərbi əməliyyat"ın məqsədlərindən geri çəkilməyəcəyini bildirib.

Tramp bu danışıqların "heç bir irəliləyiş gətirmədiyini" deyərək, Ukraynadakı vəziyyətdən narazılığını ifadə edib. ABŞ-nin Ukraynaya silah yardımlarından danışan Tramp Bayden administrasiyasını sərt tənqid edib: “Biz Ukraynaya kifayət qədər silah göndərmişik və bu proses davam edir. Lakin Bayden hökuməti ölkəni tükətmək həddinə çatdırıb. Əvvəlcə əmin olmalıyıq ki, bizim də silah ehtiyatımız kifayət qədərdir”.

Telefon danışığı zamanı nə Rusiya–Ukrayna nümayəndə heyətlərinin İstanbulda üçüncü görüşünün tarixi, nə də Trampla Putinin şəxsi görüşü ilə bağlı konkret razılaşma əldə olunmayıb. Bu səbəbdən, söhbət daha çox növbəti diplomatik formalıq kimi dəyərləndirilir.

Danışıqda həmçinin İran və Suriya ətrafındakı vəziyyət, eləcə də Yaxın Şərqdəki ümumi gərginlik müzakirə olunub. Putin 4 iyul – ABŞ-ın Müstəqillik Günü münasibətilə Trampı təbrik edib və maraqlı fikir səsləndirib: “Rusiya Amerikanın dövlətçiliyinin formalaşmasında heç də az rol oynamayıb”.

Kreml rəhbəri, həmçinin ABŞ ilə Rusiya arasında "ənənəvi dəyərləri təşviq edən" filmlərin mübadiləsini təklif edib. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp bu ideyanı müsbət qarşılayıb. Uşakov söhbətin kim tərəfindən bitirildiyini dəqiqləşdirməyib, yalnız bildirib ki, “sonda tərcüməçilər dəstəyi yerə qoydu”.

Bu, Tramp və Putin arasında altıncı telefon danışığı olub. Sonuncu əlaqə iyunun 14-də baş tutmuş və o da bir saat çəkmişdi. İlk iki danışıq isə iki saata yaxın davam etmişdi.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda Tramp ilə telefon danışığı aparacağını bəyan edib. Danimarkaya səfəri zamanı verdiyi açıqlamada o, əsas müzakirə mövzusunun ABŞ-nin Ukraynaya hərbi yardımının azaldılması olacağını bildirib. Xüsusilə “Patriot” sistemləri üçün nəzərdə tutulmuş PAC-3 raketlərinin tədarükündəki azalma Zelenskinin əsas narahatlıq mənbəyidir.

Tramp–Putin arasında bu son danışıq, əslində, tərəflər arasında ciddi addımların atılmadığını, yalnız status-kvonun qorunduğunu göstərir. Rusiya mövqeyində israrlıdır, Tramp isə Baydenə qarşı tənqidlərini davam etdirir. Ukrayna isə böyük güclər arasında diplomatik çəkişmələrin mərkəzində qalmaqda davam edir.

Rasim Əliyev
AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri