Icma.az
close
up
RU
Tramp Putin görüşündən əvvəl: Prezident Londona niyə getdi?

Tramp Putin görüşündən əvvəl: Prezident Londona niyə getdi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski sürpriz bir addım atıb.

O, gözlənilmədən Böyük Britaniyaya səfər edərək Baş nazir Keir Starmer ilə görüşüb. Londonda keçirilən görüşün vaxtı xüsusilə diqqət çəkib. Belə ki, bu səfər ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin görüşündən bir gün əvvəl təşkil olunub. Üstəlik, onların danışıqlarının mövzusunun Putin-Tramp görüşünün olduğu deyilir. 

Maraqlıdır, Zelenski bununla nə etməyə çalışır? Onun məqsədi nədir?

Siyasi şərhçi Ülviyyə Zülfiqar “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, burada diqqəti bir neçə məqama çəkmək lazımdır: 

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyaya səfər etməsinin bir neçə səbəbi ola bilər. Bu görüş gözlənilməz olsa da, ABŞ ilə əvvəlcədən razılaşdırılmış olma ehtimalı var. Yəni bu həmlə Rusiya Prezidenti Vladimir Putinin tam arxayınlaşmaması üçün edilmiş ola bilər. 

Həmçinin, Avropa İttifaqı ilə ABŞ-nin Ukrayna ilə bağlı məsələdə mövqeyi üst-üstə düşsə də, müəyyən qədər fikir ayrılıqları da var. Zelenski bununla həm ABŞ-yə, həm də Rusiyaya mesaj verməyə çalışır”.

Ekspert vurğulayıb ki, Zelenski-Starmer görüşünün Tramp-Putin görüşündən bir gün əvvəl keçirilməsi qətiyyən təsadüf deyil:

“Zelenski Tramp-Putin görüşündə iştirak etməsə də, Ukraynanın bu məsələlərin tam mərkəzində olduğunu göstərir. Sırf bu səbəbdən Tramp-Putin görüşündən cəmi bir gün əvvəl Ukrayna və Böyük Britaniya liderləri görüşür. Eyni zamanda, burada Qərb dünyası həmrəyliyinin də olduğunu düşünürəm. Üstəlik, bu, həm də sabahkı görüşdə neqativ bir qərar veriləcəyi təqdirdə, Avropanın həmlə edəcəyi mesajıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Tramp Putin London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri