Icma.az
close
up
RU
Tramp Putin sövdələşməsində Cənubi Qafqaz üçün təhlükə: Rəsmi Bakı Ağ Evə yol tapmağa çalışır

Tramp Putin sövdələşməsində Cənubi Qafqaz üçün təhlükə: Rəsmi Bakı Ağ Evə yol tapmağa çalışır

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə“sürət” götürüb ki, beynəlxalq aləm Ağ Ev sahibinin hər addımından yaxşı heç nə gözləmir. Tramp və onun komanda üzvləri Ukrayna ilə bağlı faktiki Kreml sahibinin söylədiklərini təkrarlayırlar, “Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Volodimir Zelenskinin səlahiyyət müddəti bitib” və s. Baxmayaraq ki, Tramp prezidentliyinin birinci müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmayıb, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O həmçinin  bildirib ki, ABŞ-dakı erməni lobbisi Tramp və onun ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı cəzalandırmağı tələb edirlər: "Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurun yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir. Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərini Azərbaycan – ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. Hikmət Hacıyev budəfəki səfərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Netahyahu Trampın bir nömrəli müttəfiqidir. Təsadüfi deyil ki, Tramp andiçmədən sonra ilk xarici qonaq kimi Netanyahunu Ağ Evə dəvət edib və onunla geniş fikir mübadiləsi aparıb. Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər. Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin".

E.Şahinoğlunun fikrincə, Tramp Putinlə sövdələşməyə hazırlaşır: "Bu sövdələşmə Ukraynanın zərərinə olduğu kimi Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər. Ona görə həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var. Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək erməni xalqına Konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Paşinyan nəhayət ki, sülhün əldə olunmasında əsas maneəni ortadan qaldırmağa qərar verib. Real addımlar gözləyirik. Nə qədər ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarşıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması vacibdir".

Fatimə,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri