Icma.az
close
up
RU
Cənubi Qafqaz üçün tarixi gün: “Ağ Evdə atılan imzalar...”

Cənubi Qafqaz üçün tarixi gün: “Ağ Evdə atılan imzalar...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Dünən Cənubi Qafqaz üçün önəmli, tarixi, təməl paradiqmaları dəyişən bir gün oldu. Məncə, 8 avqust tarixi də təsadüf deyildi, Rusiyanın Cənubi Qafqazda Gürcüstana qarşı aqressiyasının, qonşu, dost dövlətin 20 % torpaqlarının işğal etməsindən düz 17 il keçir”.

“Cebheinfo.az”xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

Sədr əmindir ki, dost Gürcüstan da mütləq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək, işğala son verib Rusiyanın Cənubi Qafqazda tam zəifləməsini təmin edəcək:

“Yeri gəlmişkən, son 5 ildə müxtəlif beynəlxalq konfranslarda, tədbirlərdə, xarici diplomatik nümayəndələr, “beyin mərkəzləri”, jurnalistlərlə görüşlərdə Azərbaycanın atdığı addımların son nəticəsi olaraq Kremlin bölgəmizdə zəifləyəcəyini dəfələrlə söyləmişdim.

O zaman bu tezisə həddən artıq skeptik yanaşırdılar, hətta bizim TV kanallara verdiyim müsahibələrdə də bu tezisi dəfələrlə izah edib, əsaslandırırdım, nə xoşdur ki, son günlərdə həmin o skeptik yanaşanların bir çoxu şəsxi təmaslarda səhv ediklərini etiraf etdilər.

Dünən Ağ Evdə atılan imzalar regionumuz üçün xüsusi əhəmiyyətə malikdir, son 5 ildə Azərbaycan və Türkiyənin addım-addım getdiyi yolun təntənəsi və bəhrəsidir.

Prezident İlham Əliyevin bu mənzərənin yaranmasında böyük payı var, necə deyərlər, düzə-düz, əyriyə-əyri. Prezident Əliyevin son 5 ildə atdığı addımlar, qurduğu ittifaqlar Azərbaycan dövlətinin xarici siyasətini ən yüksək səviyyəyə qaldırdı. İndi artıq daxili məsələlərə yönəlmənin, Cənubi Qafqazda yaranmış yeni paradiqmanın dividendlərinin toplanması vaxtıdır”. 

O bildirib ki, bunun üçün çox asan atılacaq addımlar da var, aylar-illər çəkəcək ciddi islahatlar da - əsas odur ki, başlamaq, işləmək lazımdır: 

“Çox tez bir zamanda görülə biləcək addımlar bunlardır: 

1. Quru sərhədlərin açılması,
2. Yeni, sıfırdan, kiçik-orta sahibkara dost olacaq vergi və gömrük məcəlləsinin qəbulu, Gömrük Komitəsinin ləğvi, onun funksiyasının İqtisadiyyat, və ya, Maliyyə nazirliyinə, kiçik bir şöbə olaraq, verilməsi.

Yeni məcəllələrdə vergi dərəcələri və gömrük rüsumları kəskin azaldılmalıdır, bunun əvəzinə mənasız “sosial öhdəliklər”, ləğv edilməlidir.

Orta-uzun vadədə görüləcək işlər: 

1. Yeni Anayasanın qəbulu – idarəetmə sisteminin tam dəyişdirilməsi,
2. Ölkənin inzibati-ərazi bölgüsünün yenidən təsis edilməsi – 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və İcra Başmısı institutunun ləğvi,
3. Yerli öznüidarə institutlarının gücləndirilməsi, şəhərlərdə Mer vəzifəsinin təsisi və birbaşa seçkilərlə müəyyən edilməsi,
4. Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə sistemində ixtisarlar, onların vəzifə və funksiyalarının iqtisadiyyata müdaxilə hissəsinin tam ləğv edilməsi,
5. Məhkəmə islahatları – hakim sayının artırılması, ədalətli, çevik hüquq sisteminin təsis edilməsi,
6. Aşırı tənzimləmə gətirən, iqtisadiyyata, biznesə mane olan qanun və qaydaların ləğvi, “kiçik-effektiv hökumət” modelinə keçid. Yəni bir çox nazirlik, dövlət idarələri, agentliklər ləğv edilməli, və ya, funksilaraı azaldılaraq təkmilləşdirilməlidir. 

Bir daha Prezident İlham Əliyev və Azərbaycan dövləti xarici siyasətdə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsində fantastik uğur qazandı, postsovet məkanında Kremlin yaratdığı problemləri həll etməyi bacaran yeganə dövlət olduq, bu fəxr edilməli, tarixi uğurdur, indi əsas fokus daxili problemlərə yönəlməli, Rifah Dövlətinin yaranması üçün əzmlə çalışmalıyıq”.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri