Icma.az
close
up
RU
Tramp Putinə görə qəzəbləndi, istədiyini aldı 36 gün sonra...

Tramp Putinə görə qəzəbləndi, istədiyini aldı 36 gün sonra...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Dövlət katibi Marko Rubio Rusiya ilə danışıqların gözlənilən nəticəni vermədiyini açıqlayıb. Rubio Prezident Donald Trampın getdikcə daha çox əsəbiləşdiyini və Rusiya lideri Vladimir Putinlə telefon danışığının real nəticəsinin olmadığını söyləyib.  

Ağ Ev rəsmisi hərəkətə keçmək zamanının gəldiyini bildirib. Maraqlıdır ki, Tramp hələ iyulun 14-də Rusiyaya atəşkəs üçün 50 gün vaxt qoyduğunu elan etmişdi.

Vaşinqton verilən müddət tamam olmamış Moskvaya qarşı hərəkətə keçə bilərmi? Rubio “vaxt çatdı” deyəndə nəyi nəzərdə tutur?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, bu, ABŞ-ın Tramp dövründə sərgilədiyi xarici siyasət strategiyasının taktiki addımlarıdır:

“ABŞ üçün Ukraynada sadə atəşkəs lazımdır. Çünki genişmiqyaslı bir sülh müqaviləsinin mümkün olmadığını anlayır. Nə şərtlər hazırda belə bir sülhə uyğundur, nə də Rusiya və Ukrayna sülhə hazırdırlar. Ona görə də, Ağ Ev bu və ya digər formada öz maraqları çərçivəsində sadə atəşkəsə nail olmaq üçün belə bəyanatlar verir, danışıqlar aparılır, hətta yeri gəldikdə xəbərdarlıqlar da edilir.

Vaşinqton hazırda bir neçə məqsədinə çatıb. Birincisi, ABŞ NATO-nun hərbi büdcəsini artırmağa nail olub. İyulun 27-də isə Avropa İttifaqından (Aİ) zəmanət aldı. Bu zəmanətə əsasən, İttifaq ölkələri və Ukrayna üçün nəzərdə tutulan silahların böyük bir hissəsi ABŞ-dan təmin olunacaq.


Fərhad Məmmədov

İkincisi, ABŞ Rusiyanın ön şərtlərini azalda bilib. Bu istiqamətdə Moskvaya təzyiqlər edilir. Maraqlıdır ki, Vaşinqton bir tərəfdən Kremlə sərt mövqe sərgiləyir, digər tərəfdən isə danışıqlarda mülayim görünür.

Fikrimcə, bütün bunlar taktiki addımlardır. Vaşinqton bu yolla sadə atəşkəsə nail olmağa çalışır. Əks təqdirdə, Avropa İttifaqı ABŞ-dan silah alıb, Ukraynaya verəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri