Icma.az
close
up
RU
Tramp Putinə istədiyini harada verib?

Tramp Putinə istədiyini harada verib?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər şey olmasa da, həlledici məsələlərin çoxu ordan -Alyaskadan başladı. Tarixdə elə hadisələr olur ki, sanki hamı görür, eşidir, incələyir, proqnozlar verir.., amma onun əsl mahiyyəti illər sonra bəlli olur. Bəzən isə heç olmur. Alyaska görüşü kimi. Üzdə olanı hamı gördü, xeyli nəticələr çıxarıldı və hələ də davam edir. Soyuq Alyaskanın isti görüntüləri Ukrayna müharibəsi ilə bağlı nəinki buzları əritmədi, əksinə bəzilərini qalınlaşdırdı və tarixin qeyri-müəyyən, amma çox da uzaq olmayan bir dövrünə apardı. Nə qədər məlum olmayan tərəflər olsa da, görüşdən sonra baş verənlər çox mətləbləri aşkara çıxardı. Və o mətləblərdən biri də artıq Rusiyanın Polşa ərazisinə dronlar göndərməsidir. Polşa NATO üzvüdür və fikirləmək olar ki, Alyansa bu hücumla Rusiya nəbz yoxlaması aparır? Yox, Rusiya o nəbzi artıq Ukraynada yoxlayıb və əmindir ki, NATO aciz durumdadır. Trampdan Alyaskada aldığı yüksək stimulla bu hərbi blokun deqradasiya mərhələsində olduğunu Putin dünyaya sübut etməkdə davam edir.

Alyaska görüşü Putin üçün Ukraynada sülhə nail olmaq məsələsi deyildi. Putin Alyaskadan dönəndə, təyyarədə ikən 2008-ci ildə Gürcüstan ərazilərini , 2014-də Krımı və Donbası işğal etməsi və 2022-ci ildə başlatdığı müharibə ilə beynəlxalq sistemi öz iradəsinə tam tabe etdirməsə də, ən azı uyğunlaşdırdığına bir daha əmin oldu. Bu əminliyi ona ABŞ prezidenti Donald Tramp Alyaskada verdi. Bu, həm də onda hələ uzun müddət hakimiyyətdə qalacağına özgüvən yaratdı. Ukrayna müharibəsinə dəstək verməyən, tərəddüd edən, yalnız total qorxu səbəbindən səsini çıxarmayan Rusiya cəmiyyətinə, hətta bəzi komanda üzvlərinə haqlı olduğunu, qalib gələcəyini Alyaska ilə sübut etdi. Bir sözlə mövqeyini gücləndirdi.    

Alyaskadan ruhlanan Putin Ukrayna müharibəsinin ikinci mərhələsinə başlayıb və Pekin paradından sonra qarşısında heç bir maneə görməyən diktator nümayişkəranə şəkildə daha çox mülki əhalini hədəfə almaq əmrlərini verir. Maneə gözlədiyi Trampdan heç bir cəsarətli addım görmədiyi üçün, heç sülh razılaşmasında guya maraqlı olma görüntüsünü də yaratmır. Zelenski təsadüfən demədi ki, “ Tramp Putinə istədiyini verib”. 80 illik dünya düzənini yalnız Putin müharibələri pozmayıb, həm də  Donald Tramp anti Ukrayna siyasətilə, işğalçı Putinə sevgisiylə bu düzəni pozdu və yeni dünya düzəninin formalaşmasında Birləşmiş Ştatları ofsayta saldı. Yalnız pul qazanmaq və bu pulla guya Amerikanı “böyükdən böyük” edəcəyi kimi manipulyativ düşüncə ilə ilk növbədə ABŞ-nin özünü nüfuzdan saldı, sonra da Ukraynanı fəlakət həddinə çatdırdı. Rəsmi müttəfiqi olan Avropa İttifaqı dövlətlərini isə Rusiya qarşısında aciz duruma saldı.

 İndiyədək iqtisadi, siyasi ittifaq olan Avropa nəhayət anlayır ki, Rusiya təhlükəsi qarşısında müdafiə sistemini, hərbi potensialını gücləndirməlidir. Avropanın bu ehtiyatlılığı, əslində isə qorxusu yalnız Putindən deyil, həm də Trampdandır, çünki bu gündən sonra Trampın prezidentlik dövrünün başa çatmasına  hələ 3 ildən çox müddət var. Putin bu illərdə nə edəcək? Ukraynanı bitirib Cənubi Qafqazamı hücum edəcək? Yalnız bu illərdə deyil, Trampdan sonra hansı planları var? Bəs, Amerika necə, Tramp siyasətini davam etdirəcək, yoxsa ABŞ qlobal güc statusunu geri qaytarmaq üçün fərqli bir siyasət yürüdəcək? 

Ukraynadan sonra Rusiya müharibə coğrafiyasını böyütmək planlarını heç vaxt gizlətməyib. İlk növbədə postsovet məkanı, daha sonra Şərqi Avropa. Şərqi Avropanı təsir altına salmaq istiqamətində Moskvanın Rumınya, Moldova, Bolqarıstan, Macarıstan, Slovakiyada keçirilən seçkilərə müdaxiləsi dünyaya məlumdur. Sabah siyasi proseslərə qismən nail olan Kremlin asanlıqla da hərbi yolla Şərqi Avropaya girib Qərbi Avropanın sərhədlərinə yaxın hərbi  bazalar qurmayacağına kim zəmanət verir? Tramp Amerika qoşunlarını Avropadan çıxarmaqda israrlıdır. Amma, Avropadan öncə Putinin hədəfi postsovet məkanı və təbii ki, həm də bizik-Azərbaycan.  Məhz bu səbəbdən Ukrayna müharibəsinin gedişi və perspektivi ilk növbədə bizim diqqət mərkəzində, marağımızdadır.

Rusiyanın Ukrayna müharibəsində yıprandığı, iqtisadi böhranın astanasında olduğu və müharibəni də istədiyi kimi bitirə bilməyəcəyi bir vaxtda tezliklə özünü toparlayıb işğalçı siyasətini davam etdirməsi real görsənmir. Amma, bu o demək deyil ki, Rusiya və 150 il yaşamağı planlayan Putin imperiya ambisiyalarından əl çəkəcək. 150 il yaşamaq eşqinə düşsə də, Putinin sağlamlığı ilə bağlı daimi narahatlıq keçirdiyi və sağalmaz bir xəstəliyə tutulma qorxusu ilə psixi pozğunluğa düçar olacağı barədə də yayılan məlumatlar dünyanı arxayın sala bilməz. Bəzən 4 saat idmanla məşğul olan, 45 dəqiqə fasiləsiz güləşən birinin tezliklə öləcəyi heç inandırıcı gəlmir.

 Donald Tramp nə Rusiyanın Ukraynaya 7 sentyabr hücumuna, nə də 10 sentyabrda Polşaya dron hücumuna hələ də reaksiya bildirməyib. Amma, nə deyəcəyini təxmin etməkdə heç bir çətinlik yoxdu. Ənənəvi olaraq “ mən prezident olsaydım müharibə olmazdı”, “ orada həftəyə 5-7 min adam ölür”, “yeddi müharibə dayandırmışam”, “ Putinlə yaxın vaxtlara danışmağı fikirləşirəm”, “ belə getsə sanksiyalar tətbiq edəcəm”, “ bu Avropanın müharibəsidir, özü həll etməlidir” və sairə bildiyimiz fikirlər. 

Əgər Tramp Polşaya olan dron hücumuna da Ukraynaya olan reaksiyasını təkrar edəcəksə, deməli NATO-nun bir hərbi blok kimi çöküşünü təsdiq etmiş olacaq. 


İlham İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri