Tramp Putinə siyahı göndərdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Energetika Nazirliyi Rusiyadan dizel yanacağı idxalında maraqlı olan şirkətlərin siyahısını Rusiya tərəfinə təqdim edib. Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskva ilə Vaşinqton arasında dizel yanacağının tədarükü ilə bağlı aparılan danışıqları şərh edərkən bildirib.
“Komersant” nəşrinin məlumatına görə, tərəflər artıq yanacağın tədarükü üzrə kommersiya şərtlərini və müqavilələri müzakirə edirlər.
“Amerikalı həmkarlarımızla çox intensiv iş aparılır”, – deyə Novak “Vesti” proqramına müsahibəsində bildirib.
Baş nazirin müavini Rusiyanın dünyanın ən böyük dizel yanacağı tədarükçülərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər Rusiya məhsullarının payına dünya bazarının təxminən 10 faizi düşürdü.
Novak daha əvvəl bildirmişdi ki, Rusiya 2026-cı ilin sonunadək dizel yanacağı ixracını ayda 3–3,5 milyon tona çatdıra bilər. Bu isə ölkənin dünya bazarındakı payının 10 faizi ötürməsinə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















