Tramp Putinə şok təklif hazırlayıb
Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının işlənməsini təklif etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Telegrаf” nəşri yazıb.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə belə bir razılaşma təqdim etməyə hazırlaşır.
Qəzetin mənbələrinə görə, Amerika liderinin digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Belə bir sövdələşmə ABŞ-ın “Boinq” konserni üçün çox sərfəli ola bilər.
Nəşr adı açıqlanmayan Böyük Britaniyanın hökumət rəsmisinə istinadən yazıb ki, bu cür təkliflər yəqin ki, Avropa üçün məqbul ola bilər.
Qeyd edək ki, iki lider arasında görüş avqustun 15-də Alyaskada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Avqust 2025 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















