Tramp Putinə gizli kömək edir? ŞOK DETAL
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağı alınmasına dair razılaşması və Ukraynaya neft emalı zavodlarına hücumları dayandırmaq çağırışı Avropada Vaşinqtonun Moskva ilə yaxınlaşdığına dair narahatlıqları artırıb. Avropalı liderlər Rusiyaya qarşı sanksiyaların davam edəcəyini və dondurulmuş Rusiya aktivlərindən Avropanın qərarı olmadan istifadə edilə bilməyəcəyini vurğulayırlar.
Turkustan.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Avropa hökumətləri ABŞ-ın Ukrayna siyasətindəki dəyişikliklərin Moskvanın mövqelərini gücləndirə biləcəyi ssenariyə hazırlaşırlar. Trampın Rusiyadan dizel yanacağı alınmasına dair razılaşması və Kiyevə Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq çağırışları Avropada narazılıqla qarşılanıb.
Tramp Ukraynanın Moskva yaxınlığındakı neft emalı zavoduna hücumundan sonra bu cür əməliyyatların neft qiymətlərini artırdığını iddia edərək hücumu “utancverici” adlandırıb.
Avropa İttifaqının liderləri isə Brüsseldə keçirilən sammitdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək mesajı veriblər.
ABŞ rəsmilərinin Ukraynada sülh danışıqlarını irəli aparmaq məqsədilə Avropada dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin sərbəst buraxılması variantını gündəmə gətirdiyi bildirilir.
Avropadan isə bu aktivlərin gələcəyi ilə bağlı qərarı yalnız avropalıların verə biləcəyi mesajı gəlib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların davam edəcəyini açıqlayıb.
Avropa liderləri ABŞ-ın kəşfiyyat məlumatlarının paylaşılmasını və silah dəstəyini azaltması ehtimalından da narahatdırlar.
“Reuters” agentliyinin məlumatına görə, Volodimir Zelenski qış gəlməzdən əvvəl ölkəsinin hava hücumundan müdafiə sistemlərinə, enerji infrastrukturunun qorunmasına və maliyyə dəstəyinə olan ehtiyaclarını avropalı liderlərlə müzakirə etmək üçün Brüsseldəki sammitdə iştirak edib./Musavat.com
Baxış sayı:63
Bu xəbər 16 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















