Tramp qəflətən Zelenskini tərifləməyə başladı: Ukraynanın ən yaxşı prezidentidir
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həmkarı Vladimir Zelenskini "Ukraynanın ən yaxşı prezidenti" adlandırıb.
Bu barədə "Kyiv Post" nəşri məlumat verib. ABŞ Prezidenti deyib: "Biz Zelenski ilə işləmək istəyirik və işləyəcəyik. O - Ukraynanın ən yaxşı prezidentidir".
Bu yaxınlara qədər Tramp Zelenskini "diktator" adlandırır, onun legitim prezident olmadığını, Ukraynada yeni prezident seçkiləri keçirilməsinin zəruri olduğunu söyləyirdi.
Xəbər verdiyimiz kimi, ABŞ-ın maliyyə naziri Skott Bessent "Foks Nyus" (Fox News) telekanalına müsahibəsində ABŞ ilə Ukraynanın iqtisadi əməkdaşlıq müqaviləsinin imzalamaq üçün tam hazır olduğunu, bu məsələ ilə bağlı daha danışıqlar aparılmayacağını bəyan edib.
İki ölkənin prezidentiləri - Donald Tramp ilə Vladimir Zelenski fevralın 28-də, Vaşinqtonda bu müqaviləni imzalayacaqlar.
Bu müqavilədə strateji əhəmiyyətə malik faydalı qazıntılar, neft və qaz, həmçinin infrastruktur vəsaitləri ilə bağlı məsələlər öz əksini tapıb.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















