Tramp Qətərdəki hərbi bazaya zərbə endirməzdən əvvəl xəbər verdiyinə görə İrana təşəkkür edib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"İran Qətərdəki Amerika bazasına hücum etmək niyyəti barədə əvvəlcədən xəbərdarlıq edib, bunun sayəsində heç kim həlak olmadı və yaralanmadı, praktiki olaraq heç bir ziyan dəymədi".
Oxu.Az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"İrana ilkin xəbərdarlığına görə təşəkkür etmək istəyirəm, bu da bizə itkilərdən qaçmağa imkan verdi. Ola bilsin ki, indi İran regionda sülh və harmoniyaya nail ola biləcək və mən İsraili də şövqlə bunu etməyə təşviq edəcəyəm", - deyə o vurğulayıb.
Tramp İranın cavabını "çox zəif" adlandırıb. Onun sözlərinə görə, 14 raket atılıb, onlardan 13-ü vurulub, biri isə uçuş marşrutu təhlükə yaratmadığı üçün yerə düşməyə imkan verilib.
ABŞ prezidenti ümidvar olduğunu bildirib ki, daha nifrət olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 İyun 2025 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















