Icma.az
close
up
RU
Tramp Qəzza sakinlərinin köçürülməsini Afrika ölkələri ilə müzakirə edib

Tramp Qəzza sakinlərinin köçürülməsini Afrika ölkələri ilə müzakirə edib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Sudan, Somali və onun əyaləti olan tanınmamış Somalilend rəsmiləri ilə ticarət, siyasət və təhlükəsizlik sahələrində yardım qarşılığında Qəzza zolağından fələstinlilərin köçürülməsini müzakirə edib.

525.az xəbər verir ki, bu barədə “Associated Press” hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, Tramp administrasiyası Sudan hakimiyyətinə Çevik Reaksiya Qüvvələrinə qarşı mübarizədə hərbi yardım, müharibədən sonrakı bərpa işlərində kömək, borcların azaldılması və digər təşviqlər müqabilində fələstinliləri qəbul etməyi təklif edib. Lakin Sudan hökuməti bu ideyanı rədd edib.

“ABŞ-ın təklifi dərhal rədd edildi. Heç kim bu məsələni bir daha gündəmə gətirməyib. Bununla belə, əvvəllər Fələstin xalqı ilə həmrəylik ifadə edən tanınmamış Somaliland ABŞ səlahiyyətliləri ilə söhbət aparır”, - mənbə bildirib.

Qeyd olunub ki, tərəflər ABŞ-ın tanıması müqabilində Somalinin nə təklif edə biləcəyini, o cümlədən fələstinlilərin qəbulu məsələsini müzakirə ediblər.

Somali daxili qeyri-sabitlik və terrorçularla mübarizə səbəbiylə fələstinlilərin köçürülməsi üçün "mümkün olmayan bir yer" kimi görünür. Ölkə rəsmilərindən biri deyib ki, hökumətdə fələstinlilərin qəbulu ilə bağlı heç bir söhbət olmayıb və ABŞ administrasiyası ölkə hakimiyyətinə müraciət etməyib.

Fevralın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp Qəzza sakinlərinin regionun yenidən qurulması zamanı məskunlaşmasını təklif edib. Tramp tikinti dövründə fələstinliləri qəbul edə biləcək ölkələr arasında Misir və İordaniyanın adını çəkib. Əlavə edib ki, Qəzza əhalisini yerləşdirmək üçün ümumilikdə “beş-altı zona” yaradıla bilər. Qahirə bu təklifi tənqid edib və ölkə prezidenti Əbdülfəttah əs-Sisinin danışıqların gündəmində fələstinlilərin məskunlaşdırılması məsələsi olacağı təqdirdə, Vaşinqtona səfərini ləğv etməyə hazır olduğu bildirilib. Martın əvvəlində Misir Xarici İşlər Nazirliyi ABŞ liderinə fələstinlilərin köçürülməsi ideyasından imtina etdiyinə görə təşəkkür edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri