Icma.az
close
up
RU
Tramp: Qəzza yenidən qurulacaq, bölgənin digər ölkələri də kömək edəcək

Tramp: Qəzza yenidən qurulacaq, bölgənin digər ölkələri də kömək edəcək

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Mehin Qasımova,Banco.az

İsrail və HƏMAS-ın Sülh Planının birinci mərhələsini təsdiqlədiyini elan etməsindən sonra ABŞ prezidenti Donald Tramp prosesi dəyərləndirib.

Banco.az xəbər verir ki, O, ABŞ administrasiyası da daxil olmaqla bir çox ölkənin razılıq əldə etmək üçün səylər göstərdiyini vurğulayıb.

“Açığını deyim ki, bütün dünya bu razılaşma üçün bir araya gəldi. Təsəvvür edə bilməyəcəyiniz qədər çox ölkə bu prosesə qatıldı. Dünya bu razılaşmanın arxasında birləşdi və deyə bilərəm ki, bu razılaşma olmasaydı, bu, baş verməzdi,” – deyə Tramp bildirib.

Tramp həmçinin ABŞ-ın rüsum siyasətinin və İranın nüvə obyektlərinə edilən hücumların razılaşmanın əldə olunmasında rol oynadığını deyib:

“Biz İranın nüvə potensialını aradan qaldırdıq. Çox fərqli, qeyri-adi hadisələr baş verdi. İstedadın bunda böyük rolu var idi, amma bəxtin də payı az deyil. İranın nüvə silahı əldə etməsinin qarşısının alınması bu razılaşmanı asanlaşdırdı. İranın da sülh prosesinə daxil olacağına inanıram. Bu, böyük bir gündür. Dünya üçün əla bir gündür. Hər kəs üçün gözəl bir gündür".

Tramp Qəzzənin yenidən qurulacağını və daha təhlükəsiz bir yerə çevriləcəyini də vurğulayıb:

“Biz Qəzzanın çox daha təhlükəsiz olacağına inanırıq. Yenidən qurulacaq. Regiondakı digər ölkələr də bu prosesə kömək edəcək, çünki onların böyük sərvətləri var və bunun olmasını istəyirlər”.

Sonda Tramp Yaxın Şərqdə sülhün bərqərar olacağına inandığını qeyd edib:

“İnsanların qayğısına qalacaqlar. Bu, fərqli bir dünya olacaq. Düşünürəm ki, Yaxın Şərq həqiqətən bir araya gəldi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri