Icma.az
close
up
RU
Tramp: Qrenlandiya xalqını zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq

Tramp: Qrenlandiya xalqını zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp dəfələrlə almaq istədiyini söylədiyi Qrenlandiyada xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini və "onları zənginləşdirmək" üçün milyardlarla dollar sərmayə qoymağa hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “almaq” istədiyi Qrenlandiya ilə bağlı "Truth Social"a açıqlama verib.

Tramp Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bir daha vurğulayıb: "Biz sizi İkinci Dünya Müharibəsindən bəri qoruduğumuz kimi qorumağa davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq", - deyə qeyd edib.

Tramp bildirib ki, əgər istəsələr, Qrenlandiyalılar da ABŞ-ın bir hissəsi kimi qarşılanacaqlar. Tramp ABŞ administrasiyasına qayıtdıqdan sonra tez-tez Qrenlandiyanı əldə etmək istəyini dilə gətirib.

23 dekabr 2024-cü ildə "Truth Social" hesabında yazdığı bir yazıda ABŞ lideri Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə bəyanatını təkrar edərək, adaya sahib olmağın və ona nəzarət etməyin “mütləq zərurət” olduğunu qeyd edib.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede: “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və heç vaxt da başqa cür olmayacaqıq. Biz uzun illər apardığımız azadlıq mübarizəmizi itirmək fikrində deyilik”, - deyə bildirib.

Danimarka Krallığının çətiri altında olan Farer adaları və iki muxtar bölgədən biri olan Qrenlandiya onun bağlı olduğu Danimarkadan 2900 kilometr uzaqlıqda yerləşir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri