Icma.az
close
up
RU
Tramp Qrenlandiyanı istəyirsə, bu dörd sadə addımı atmalıdır=

Tramp Qrenlandiyanı istəyirsə, bu dörd sadə addımı atmalıdır=

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olmasını istəyir, lakin problem ondadır ki, ada artıq Danimarkaya məxsusdur və qrenlandiyalıların əksəriyyəti Amerikanın tərkib hissəsi olmaq istəmir.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr ABŞ-ın Qrenlandiyanı necə ələ keçirə biləcəyini anlamaq üçün AB-dən doqquz məmur, müdafiə üzrə ekspert və diplomatlarla əlaqə yaradıb. Belə qənaətə gəlinib ki, ABŞ adaya sahib olmaq üçün 4 sadə addımı atmalıdır:

1. Qrenlandiyanın müstəqillik hərəkatını gücləndirmək üçün təsir kampaniyası;

Tramp administrasiyası vəzifəyə başladıqdan demək olar ki, dərhal Qrenlandiyanın müstəqilliyi mövzusunda bəyanatlar verməyə başlayıb. Müstəqil olduğu halda Qrenlandiya ABŞ-la birbaşa sazişlər bağlaya bilərdi, halbuki indi bunun üçün Kopenhagenin razılığı tələb olunur.

“Müstəqillik əldə etmək üçün qrenlandiyalılar referendumda səs verməli, daha sonra isə həm Nuuk, həm də Kopenhagen tərəfindən təsdiqlənməli olan razılaşma üzərində danışıqlar aparmalıdırlar. 2025-ci ildə keçirilmiş ictimai rəy sorğusunda qrenlandiyalıların 56%-i müstəqilliyin lehinə, 28%-i isə əleyhinə səs verəcəyini bildirib”, – deyə materialda xatırladılır.

2. Qrenlandiyaya sərfəli razılaşma təklif etmək;

Nəşrin ehtimalına görə, əgər Qrenlandiyanın müstəqilliyi ilə bağlı referendumun sürətləndirilməsi uğurlu alınsa və ərazi sakinləri Danimarkanın tərkibindən çıxmağa səs versələr, növbəti addım onun ABŞ-ın təsiri altına salınması olacaq.

“Danimarkanın birbaşa ABŞ-la dəyişdirilməsi ideyası əhalinin əksəriyyəti üçün qəbuledilməz görünür. Yuxarıda qeyd olunan sorğu da göstərib ki, qrenlandiyalıların 85%-i ərazinin ABŞ-a birləşdirilməsinin əleyhinədir və hətta Tramp tərəfdarı olan müstəqillik hərəkatının nümayəndələri də bu ideyadan məmnun deyillər. Lakin başqa variantlar da var”, – deyə nəşr vurğulayır.

3. Avropanı cəlb etmək;

Qeyd olunur ki, Avropa, xüsusilə də Danimarkanın AB-dəki müttəfiqləri Qrenlandiyanın Kopenhagendən ayrılması cəhdlərinə qarşı çıxacaqlar. Lakin ABŞ administrasiyasının bu vəziyyətdə bir “kozırı” var – Ukrayna.

AB-dən olan bir diplomatın sözlərinə görə, ABŞ “təhlükəsizlik müqabilində təhlükəsizlik” tipli bir razılaşma təklif edə bilər: buna əsasən, Tramp administrasiyası Avropaya Ukrayna üçün təhlükəsizlik zəmanətləri verər, əvəzində isə Amerikanın Qrenlandiyadakı rolunun genişlənməsinə razılıq alınar.

4. Hərbi müdaxilə;

“Politiko” yazır ki, ABŞ üçün ərazinin hərbi yolla ələ keçirilməsi ciddi çətinlik yaratmaya bilər.

Xüsusilə, Danimarka Kral Müdafiə Kollecindən Tomas Krosbi vurğulayıb ki, Trampın strateqləri ona çox güman ki, müxtəlif variantlar təklif edirlər:

“Ən böyük narahatlıq hərbi dairələrdə tez-tez gördüyümüz və çox düşündüyümüz ‘”fakt qarşısında qoyma” tipli strategiyadır. Bu, Putinin Ukraynanı ələ keçirməyə çalışaraq ərazi iddiaları irəli sürməsi kimi, sadəcə ərazinin tutulmasından ibarətdir. O, sadəcə olaraq qoşunları ölkəyə yeridə və “artıq bura Amerika ərazisidir” deyə bilər. ABŞ ordusu Qrenlandiyaya həm hava, həm də dəniz yolu ilə istənilən sayda qoşun endirmək gücünə malikdir və bundan sonra onun Amerika ərazisi olduğunu elan edə bilər”.(Axar.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri