Icma.az
close
up
RU
Tramp Qrenlandiyanı niyə istəyir? RƏYLƏR

Tramp Qrenlandiyanı niyə istəyir? RƏYLƏR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları yenidən gündəmə gəlib.

Tramp administrasiyası Vaşinqtonun adaya nəzarət etməsinin beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu vurğulayır.

Məhz yüksək səviyyəli amerikalı rəsmilərin Qrenlandiyaya səfəri də bu marağın ciddi olduğunu göstərir.

Maraqlıdır, Tramp Qrenlandiyanı niyə istəyir?

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, əslində, bu, yalnız Donald Trampın istəyi deyil, bu həm də ABŞ-nin 19-cu əsrdən bu yana dünyada güc olmaq arzusu ilə bağlı olduğu bir məsələnin davamıdır:

"Qrenlandiya 19-cu əsrdən başlayaraq ABŞ-nin nəzərdə tutduğu ərazilərdən biridir və bu məqsəd 20-ci əsrin ortalarında da ABŞ-ın sabiq prezidentlərindən biri, Harley Truman tərəfindən də ifadə olunmuşdur.

İkinci Dünya müharibəsindən sonra Harley Truman Qrenlandiyanın strateji əhəmiyyətini vurğulamışdı. Həmçinin, 2019-cu ildə Donald Tramp, hələ ilk prezidentlik dövründə bu istəyini açıqlamışdı. İndi isə bu məqsədin irəlilədilməsi bir daha göstərir ki, bu, yalnız Trampın şəxsi arzusundan ibarət deyil, ümumilikdə ABŞ-nin xarici siyasətinin əsasını birmənalı olaraq, milli maraqları təşkil edir.

Qrenlandiya təxminən bir neçə 10 min insanın yaşadığı, 2 milyon kvadratkilometrdən böyük bir ərazidir. Bura sərvətlərlə zəngindir və şimal qütbünə yaxın olması, Rusiya və digər dövlətlərin sualtı gəmilərinin və peyk görüntülərinin izlənməsi üçün strateji imkanlar yaradır. Bu baxımdan, ABŞ üçün bu ərazi yalnız iqtisadi deyil, həm də hərbi baxımdan son dərəcə vacibdir".

Politoloq qeyd edib ki, Trampın bu məsələyə yanaşması beynəlxalq hüququn prinsiplərinə zidd olaraq, bir ölkənin ərazisini ilhaq etmək məqsədi güdür:

“Bu isə ABŞ-nin imperialist siyasətinin bir təzahürüdür. Hazırda ABŞ dünyada dollar və digər iqtisadi vasitələrdən istifadə edərək, faktiki olaraq bir çox ölkəni təsir altına almaqda davam edir. Lakin indi, açıq şəkildə bəzi ərazilər üzərində iddialar irəli sürür.

Bu, təkcə Qrenlandiya ilə bağlı deyil, həm də Kanada kimi ABŞ-nin ən yaxın müttəfiqlərindən biri olan, NATO üzvü olan və ərazisində 40 milyonluq əhali yaşayan bir ölkəyə də aiddir. Hətta ABŞ-nin bu cür ərazi iddialarını sürməsi, dünya miqyasında ciddi siyasi narahatlıqlara səbəb ola bilər.

Danimarka ilə müttəfiq olan ABŞ, bu ərazinin gələcəyini müəyyən etməkdə çətinliklərlə üzləşir. ABŞ-nin Qrenlandiya üzərində hər hansı bir təsir qurmağa çalışması, hərbi deyil, daha çox iqtisadi, siyasi və diplomatik üsullarla həyata keçirilə bilər. Lakin Danimarka və digər dövlətlər bu cür addımlara qarşı çıxa bilərlər.

Bu günə qədər, ABŞ-nin digər dövlətlərə ərazi iddiaları ilə bağlı reaksiyalarını gücləndirməsi, dünya siyasi düzənini pozmağa və gərginliklər yaratmağa səbəb ola bilər. Əgər bu iddialar reallaşarsa, bu, birbaşa 3-cü Dünya müharibəsinin başlanğıcı ola bilər. 

Çünki bu cür ərazi mübahisələri böyük bir beynəlxalq qarşıdurma və xaosun yaranmasına gətirib çıxara bilər. Nəticə etibarı ilə ABŞ-nin bu cür iddiaları, yalnız geopolitik maraqlarla bağlı deyil, həm də qlobal güc mübarizəsi ilə əlaqədardır və bu, dünya siyasi düzənində ciddi dəyişikliklərə səbəb ola bilər".

Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, Trampın bu açıqlamaları onu göstərir ki, Amerika siyasi elitasında müəyyən qruplar var və onlar da Qrenlandiyanı əldə etməkdə maraqlıdır:

"Yəni, bu ada həm fiziki, həm iqtisadi, həm də strateji baxımdan ABŞ üçün vacib hesab edilir. Digər tərəfdən, burada hərbi-siyasi maraqlar da açıq şəkildə görünür. Bütün bu amillər üst-üstə düşərək müəyyən bir siyasətin formalaşmasına səbəb olur.

Bu siyasətin əsas məqsədi Qrenlandiyanı bir şəkildə ABŞ-nin siyasi, hərbi və iqtisadi təsiri altına almaqdır. Lakin bunun konkret forması hələ müəyyən edilməyib. Ada birbaşa ABŞ-a tabe ola bilər və ya rəsmi olaraq müstəqil qalsa da, faktiki olaraq ABŞ-dən kritik dərəcədə asılı vəziyyətdə ola bilər.

Bildirim ki, məhz dünya təcrübəsində buna bənzər Puerto-Riko nümunəsi var. Hazırda Puerto-Riko ABŞ-nin ərazisi sayılmır, lakin Vaşinqtonun ciddi təsiri altındadır. Qrenlandiya üçün də oxşar bir model nəzərdən keçirilə bilər".

O bildirib ki, bu məsələnin necə həll olunacağını indidən söyləmək çətindir, çünki söhbət uzunmüddətli bir tendensiyadan gedir:

"Ola bilər ki, Trampın prezidentliyi dövründə bu planlar tam gerçəkləşməsin. Lakin görünən odur ki, ABŞ elitası bu məqsədə doğru irəliləyəcək. ABŞ-nin siyasətinin formalaşması və onun prioritetlərinin müəyyən edilməsi prosesində Qrenlandiya məsələsi əsas mövzulardan biri olacaq. Tramp hesab edir ki, hakimiyyətdə kim olursa olsun, bu siyasət həyata keçirilməlidir".

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri