Tramp: Respublikaçılar Quamda qalib gəlib
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp ölkənin Quam adasında keçirilən qubernator seçkilərində respublikaçı namizədin qalib gəldiyini açıqlayıb.
Gununesi.info xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.
Tramp, partiyasının ABŞ-da keçiriləcək aralıq seçkilərində də eyni uğuru qazanacağına ümid etdiyini bildirib.
O qeyd edib ki, ənənəvi olaraq demokratların qalası hesab edilən Quamda qubernatorluq uğrunda mübarizədə respublikaçı namizəd Toni Ada vaxtından əvvəl qalib elan olunub. O, həmçinin respublikaçıların adanın Senatında da çoxluğu qazandığını bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkiləri Konqresdə növbəti iki il ərzində siyasi qüvvələr nisbətini müəyyən edəcək. Seçkilər iqtisadi çətinliklər və beynəlxalq vəziyyətin gərginləşməsi fonunda Trampın ikinci prezidentlik müddətinin əsas siyasi sınaqlarından biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Noyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















