Icma.az
close
up
RU
Tramp Rusiya ilə bağlı niyə Çinə təzyiq göstərmir?

Tramp Rusiya ilə bağlı niyə Çinə təzyiq göstərmir?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinə Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi dayandırması üçün təzyiq etməkdən çəkinir, diqqətini geosiyasi rəqibi ilə bağlı digər məsələlərə yönəldir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məsələ ilə tanış olan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hələlik Tramp administrasiyası Çinlə ikitərəfli məsələlərə fokuslanıb. Rəsmilərin fikrincə, Ukraynadakı müharibə ABŞ üçün getdikcə daha az prioritet məsələyə çevrilir. Bununla belə, onlar Vaşinqtonun hələ də mövqeyini dəyişə biləcəyini vurğulayıblar.

Agentlik vurğulayıb ki, ABŞ-ın bu yanaşması Çini Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin əsas amili hesab edən G7 ölkələrinin çoxdankı mövqeyindən uzaqlaşdığını göstərir. Mart ayında G7 ölkələrinin xarici işlər nazirləri Pekini Moskvanı dəstəklədiyinə görə açıq şəkildə qınayıblar.

Üstəlik, Tramp iyunun 5-də Çin lideri Si Szinpinlə telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə etmədiyini bildirib.

Agentlik hesab edir ki, bu ay Kanadada keçiriləcək G7 liderlərinin görüşündə məsələ qaldırıla bilər. Bununla belə, kiminsə Tramp administrasiyasını Çinlə bağlı bəyanat qəbul etməyə sövq edib-etməyəcəyi bəlli deyil.

Bir rəsmi bildirib ki, Tramp keçmiş prezident Co Baydenin digər hökumətlərlə bütün münasibətlərə Ukraynadakı müharibənin obyektivindən baxan xarici siyasət yanaşmasından uzaqlaşmaq istəyir. O əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Çinlə tariflər, texnologiya məhdudiyyətləri və minerallara diqqət yetirmək istəyir.

Bundan əlavə, bir məmur jurnalistlərə deyib ki, Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlar apararkən Çini birbaşa Moskvaya dəstək verməkdə ittiham etmək istəmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri