Icma.az
close
up
RU
Tramp Hindistan və Çinə sanksiyalarla təzyiq edir

Tramp Hindistan və Çinə sanksiyalarla təzyiq edir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağını vəd edən Donald Trampın hakimiyyətə gəlişindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, dediyinə əməl edə bilməyib. Yəqin elə bu səbəbdəndir ki, səbri tükənmiş kimi görünür.
Reyting.az
-ın məlumatına görə, ABŞ prezidenti Tramp Kremlə 2025-ci il avqustun 8-dək atəşkəslə razılaşmaq üçün vaxt verib və əks halda yeni tariflərin tətbiq olunacağı ilə hədələyib.
“Biz razılığa gəlməliyik ki, insanlar ölməsin”,- Tramp deyib.
"Times" nəşri isə yazır ki, Ağ ev rəhbəri bundan əvvəl də Rusiya liderinə ultimatumlar irəli sürüb, lakin o, bu zaman konkret müddət təyin etməyib. Rusiya prezidenti Putin isə bu ultimatumlara məhəl qoymayıb.
İndi Tramp təkcə Rusiyaya deyil, onunla biznesini davam etdirən digər ölkələri də sanksiyalarla hədələyir.
Amerika lideri deyir ki, bəzi ölkələr Rusiyadan neft, qaz və uran aldıqlarına görə əlavə rüsumlarla üzləşə bilərlər. Belə çıxır ki, bu ultimatum onları seçim etmək məcburiyyətində qoyacaq. Hətta ABŞ Senatında bu ölkələr üçün 500 faiz sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi də hazırlanıb.
Respublikaçı, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş deyib ki, ikinci sanksiyaların tətbiqi çox qorxulu ola bilər.
Qeyd edək ki, Enerji və Təmiz Külək Araşdırmaları Mərkəzinin məlumatına görə, Rusiya xam neft ixracının 85 faizi Çin və Hindistanın payına düşür. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl Hindistan neftin böyük hissəsini Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdən aldığı üçün Rusiya nefti onun idxalının 0,2 faizdən azını təşkil edib.
"Ukraynada nə qədər insanın Rusiya hərbi maşınının təsiri altında olduğunu bilirik. Bunun vasitəsilə mən Hindistanın ABŞ-a ödədiyi tarifi mütləq qaldıracağam",- Tramp bildirib.
Çinə tariflər 145 faizə yüksəldikdən sonra Tramp öz mövqeyini daha da yumşaldıb. Ağ ev rəhbəri Çin prezidenti ilə görüşməyi planlaşdırır, ona görə də ölkələr arasında ticarət zonalarının yaradılmasına nikbinlik artır. Məlumatlar isə göstərir ki, Rusiyadan neft ixracatının bəlkə də yarısı Çinin payına düşür.
Rusiya iqtisadiyyatının neft və qazdan asılı olduğuna inanırlar. Amma bəziləri düşünür ki, Rusiya neft və qazdan gəlir götürməsə belə, müharibəni maliyyələşdirə bilər.
Onu da qeyd edək ki, Rusiya Federasiyasında inflyasiyanın tezliklə 10 faizə çatacağı gözlənilir.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri