Icma.az
close
up
RU
Tramp Rusiya Ukrayna sülhündə niyə israr edir? Deputatdan AÇIQLAMA

Tramp Rusiya Ukrayna sülhündə niyə israr edir? Deputatdan AÇIQLAMA

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ Rusiya ilə Ukrayna arasında dialoqun qurulmasında effektiv vasitəçilik rolu oynayıb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, ABŞ-nin son günlərdə nümayiş etdirdiyi diplomatik təşəbbüslər Rusiya-Ukrayna əlaqələrinin qurulmasında təsirli olub.

ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin sülhlə nəticələnməsini istəməsinin arxasında hansı siyasi maraqlar dayanır? Trampın səyləri nəticə verəcəkmi? 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin mayın 19-da verdiyi açıqlamada ABŞ-yə təşəkkürünü ifadə etməsi bu ölkənin birbaşa danışıqların baş tutmasında mühüm rol oynadığını göstərir. Eyni zamanda ABŞ Prezidenti də bu danışıqları yüksək qiymətləndirib.

“Bu da onu göstərir ki, Rusiya və ABŞ tərəfi müzakirələri müsbət qiymətləndirir və danışıqların davam etdirilməsində maraqlıdır. ABŞ üçün əsas hədəf, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında sülhün təmin olunmasıdır. Bu baxımdan Donald Trampın fərdi diplomatik yanaşması və Rusiya rəhbərliyi ilə əvvəldən mövcud olan münasibətləri, onu bu cür vasitəçilik üçün daha uyğun fiqura çevirir”, – deyə deputat bildirib.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Trampın praqmatik yanaşması onu bu danışıqlarda ABŞ üçün əlverişli seçimə çevirir:

"Co Bayden administrasiyası Avropa ölkələri ilə birlikdə Ukraynaya hərbi və siyasi dəstək göstərməklə, Ukraynanın Rusiya qarşısında dayana bilməsinə çalışırdı. Lakin bu yanaşma gözlənilən nəticəni vermədi.

Tramp isə daha çox real vəziyyətə əsaslanır və hesab edir ki, Rusiya-Ukrayna müharibəsində yeni reallıqlar formalaşıb. Bu reallıqlar fonunda o, tərəflər arasında sülhün əldə olunması üçün mövcud imkanlar daxilində kompromisli həll yolları axtarmağa çalışır”.


Deputat əlavə edib ki, artıq NATO rəhbərliyi də Ukraynanın əvvəlki sərhədlərlə sülhə qayıtmasının mümkün olmadığını etiraf edir:

“Bu, əslində ABŞ-nin də mövqeyidir. Çünki NATO-da əsas söz sahibi ABŞ-dir. ABŞ hazırda Avropa ölkələrini də bu reallıqla barışmağa sövq edir. Bununla yanaşı, ABŞ Rusiya ilə münasibətlərin normallaşmasını da vacib hesab edir”.

Elşad Mirbəşiroğlu Donald Trampın bu kontekstdə ABŞ-Rusiya münasibətlərinin normallaşdırılması üçün sülh sazişinə nail olmaqda maraqlı olduğunu qeyd edib:


“Tramp dəfələrlə bəyan edib ki, Rusiya və Ukrayna arasında sülh sazişi imzalanarsa, ABŞ ilə Rusiya arasında ticarət əlaqələri bərpa olunacaq və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da aradan qalxacaq. Bu isə onu göstərir ki, Vaşinqtonda yaxın vaxtlarda Rusiya-Ukrayna arasında razılaşmanın əldə olunacağına dair formalaşmış təsəvvür var.

Bu, ABŞ-nin Ukrayna ərazisində hərbi əməliyyatların yaxın müddətdə dayanacağına inamının göstəricisidir. Hazırda ABŞ və Rusiya arasında gedən dialoq və tərəflərin münasibətləri, bu iki ölkə arasında proseslərə dair razılaşma əldə olunması üçün müəyyən imkanlar yaradır”.


E.Mirbəşiroğlu sonda qeyd edib ki, Trampın liderliyi dönəmində ABŞ, Rusiya ilə münasibətləri daha çevik və realist yanaşma ilə nizamlaya bilər. Bu isə həm qlobal təhlükəsizliyin təmin olunması, həm də Rusiya-Ukrayna müharibəsinin sonlandırılması baxımından əhəmiyyətli olacaq.

Bəsti Rəfizadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri