Icma.az
close
up
RU
Tramp Rusiyanı aşağıladı Putinlə “anlaşıb”?

Tramp Rusiyanı aşağıladı Putinlə “anlaşıb”?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Trampın Ukrayna müharibəsi ilə bağlı dəyişən ritorikası açıq suallar yaratdı: nə baş verir, Vaşinqtonun əsl hədəfi nə ola bilər?

Daha öncə Ukraynanın ərazi güzəştinin qaçılmaz olduğunu deyən Tramp Nyu Yorkda Zelenski ilə görüşdən sonra bəyan etdi ki, Kiyev müharibədə qalib gəlməyə və ərazilərini geri qaytarmağa qadirdir.

“Ukrayna AB-nin dəstəyi ilə ilkin sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Zaman keçdikcə Ukraynanın Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədləri bərpa etməsi real variantdır” deyən Tramp Rusiyanı “kağız pələng”ə bənzədib, Zelenskinin cəsarətinə heyran olduğunu deyib.

İlk baxışdan Trampın dəyişən ritorikasının Rusiyanın Ukraynada işğal siyasətindən əl çəkməməsi, Putinin razılaşma üçün ağır şərtlər irəli sürməsindən qaynaqlandığı görünür. Ki, mövcud vəziyyət bundan ibarətdir. Amerika mediası da yazır ki, Trampın mövqeyinin dəyişməsində müşavirlərinin fikirləri və Zelenskinin geri çəkilməməsi müstəsna rol oynayıb. ABŞ-da dəyişən ritorikanın praktiki müstəvidə nəticə verəcəyi gözləntisi, həmçinin bu mövqeyin nə qədər davamlı olacağı isə sual altında qalmaqda davam edir.

Hərçənd Trampın açıqlaması ABŞ-ın gerçək hədəfinə dair müəyyən təxminləri önə çıxarır, xüsusilə “Ukraynanın Avropa və NATO-nun maliyyə dəstəyi ilə müharibədə qalib gəlməsi” haqda dedikləri kontekstində.

Ukrayna məsələsini qısa müddətdə həll etməyə çalışan ABŞ prezidentinin AB və NATO-nu Kiyevi dəstəkləməyə, müharibəni davam etdirməyə sövq etməsi, hətta “Avropa hava məkanını pozan Rusiya təyyarələrinin NATO tərəfindən vurulması” çağırışı diqqətçəkəndir. O da diqqətdən yayınmır ki, ABŞ prosesə müdaxilə etməyəcək, əvəzində Trampın da dediyi kimi, Ukraynaya verməsi üçün Şimal Alyansına silah tədarükünü davam etdirəcək.

ABŞ-ın burada fərqli oyun qaydalarını tətbiq etdiyi və üç hədəfə nail olmaq istədiyi istisna edilməməlidir.

Birincisi, silah satışıdır: Ukraynaya silah yardımını dayandıran Vaşinqton Amerika silahlarını Kiyevə verməsi üçün NATO-ya satır və silah sənayesini varlandırır; NATO avqust ayında Ukraynaya vermək üçün ABŞ-dan 2 milyard dollarlıq silah alıb;

İkincisi, ABŞ kənara çəkilərək, Ukraynanın dəstəklənməsini AB-nin üzərinə qoyur: bununla Vaşinqtonun Kiyevə dəstək verməməsi, Moskva ilə anlaşması ittihamlarından da yayınır;

Üçüncüsü, Trampın ritorikasının dəyişməsində Rusiyaya təzyiq məqsədi var.

Lakin baş verənlərdə ABŞ və Rusiyanın pərdəarxası razılaşması ehtimalı da mümkün variant kimi nəzərdən keçirilə bilər. Hadisələrin bu istiqamətdə inkişafının Tramp və Putinin Alyaska görüşündən sonraya təsadüf etməsi də diqqəti bu ehtimala yönəldir.

ABŞ nə istəyir, Rusiya nə edir?

Trampın Ukrayna müharibəsini bitirməsi “sülhün əldə” edilməsindən daha çox, geosiyasi planlara – Çinlə mübarizədə Rusiya ilə anlaşmağa, Avrasiyada ABŞ-ın mövqelərinə yarana biləcək riskləri aradan qaldırmağa hesablanıb. Bunun üçün öncə Ukrayna məsələsi həll edilməlidir. Lakin Ağ Evə gəlişindən sonra Trampın müharibənin Rusiyanın şərtləri çərçivəsində həll edilməsi planları Avropanın dəstəyi ilə Kiyev tərəfindən qəbul edilmir. İstisna deyil ki, Tramp Administrasiyası kənara çəkilərək, Avropanı/NATO-nu Rusiya ilə üz-üzə qoyur: məqsəd müharibə arealının yayılması və təhlükəsizlik riskləri ilə üzləşən Avropanın sonda Vaşinqtonun Ukrayna planı ilə razılaşmaya məcbur etməkdir; ABŞ Avropaya mesaj verir ki, bizim həll planımızla razılaşmırsınızsa, o zaman döyüşün;

Bunun fonunda Rusiyanın NATO-nun nəzarət zonasına müdaxiləsi də eyni planın tərkib hissəsi kimi görünür.

- Avropanın dəstək gözlədiyi ABŞ geri çəkilərək, NATO-dakı müttəfiqlərini ön cəbhəyə sürükləyir;

- Rusiya dron hücumları ilə Avropanın təhlükəsizliyini təhdid edərək, müharibənin yayılması şantajına əl atır;

Avropa seçim qarşısındadır: ya Rusiyanın hücumlarına ABŞ-ın dəstəyi olmadan cavab verməli və aktiv şəkildə müharibəyə qoşulmalı, ya da Kiyevə dəstəyi dayandırmalı, Ukrayna planını qəbul etməlidir.

Trampın Ukrayna ilə bağlı dəyişən ritorikasına bu kontekstdən də baxa bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri