Icma.az
close
up
RU
Kim Çen In Putinlə bir daha Rusiyanı dəstəklədiyini bildirib

Kim Çen In Putinlə bir daha Rusiyanı dəstəklədiyini bildirib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Şimali Koreya Dövlət İşləri üzrə Sədri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə telefon danışığında Rusiyanın "xüsusi hərbi əməliyyat"la bağlı tədbirlərini dəstəklədiyini bildirdi.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Şimali Koreyanın Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Putin Şimali Koreyanın köməyini yüksək qiymətləndirib və Koreya Xalq Ordusunun Kursk vilayətini azad etməsində göstərdiyi qəhrəmanlığı təqdir edib.

“Kim Çen In, Putin tərəfindən Koreya əsgərlərinə verilən yüksək qiymətə ürəkdən təşəkkürünü bildirərək, Şimali Koreyanın Rusiya ilə arasında olan müqavilənin ruhuna daim sadiq qalacağını bir daha vurğuladı və gələcəkdə Rusiya rəhbərliyinin bütün tədbirlərini tam dəstəkləyəcəyini bildirdi” – deyə agentlik məlumat verib.

Mərkəzi Telegraf Agentliyi, telefon danışığının dostluq atmosferdə keçdiyini qeyd edib. Putin həmçinin həmkarını Yaponiyanın kolonial əsarətindən Koreya yarımadasının azad olunmasının ildönümü münasibətilə təbrik edib.

Kim Çen In, 15 avqustda Şimali Koreyada "Qızıl Ordunun əsgərləri və zabitlərinin qəhrəmanlıqlarını anmağa" və "doğrudan da beynəlxalq birlikdən nümunə olan" bu mübarizəni xatırlamağa qərar verdiklərini vurğulayıb.

Putin və Kim Çen In, “Hərtərəfli Strateji Əməkdaşlıq Müqaviləsi” əsasında bütün sahələrdə əməkdaşlığın inkişafını və dərinləşməsini yüksək qiymətləndiriblər.

“İki ölkənin liderləri, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apararaq əməkdaşlığı gücləndirmək niyyətlərini bir daha təsdiqlədilər” – deyə məlumatda qeyd olunub.

Kremlin mətbuat xidməti 12 avqustda bildirib ki, Putin və Kim Çen In telefon danışığı zamanı, 2024-cü ilin 19 iyun tarixində imzalanmış Şimali Koreya ilə Rusiyanın hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın bütün istiqamətlərində inkişaf etdirilməsinə olan bağlılıqlarını bir daha vurğulayıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri