Icma.az
close
up
RU
Tramp Rusiyanı darmadağın etdi Moskva “göz yaşına” inanmır

Tramp Rusiyanı darmadağın etdi Moskva “göz yaşına” inanmır

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ lideri Donald Trampın Rusiya ilə bağlı son açıqlamaları Kreml və Putinə bağlı təbliğat aparatında rezonans doğurub.

Tramp Rusiyanı “kağız pələng” adlandırıb, Ukraynanın 1991-ci il sərhədlərini müharibə ilə bərpa edəcəyini vurğulayıb; Rusiyanın bu müharibədə ciddi hərbi-iqtisadi-sosial-siyasi itkilər verdiyini ilk dəfə bu cür açıq şəkildə etiraf edib.

Tramp ilk dəfə elan edib ki, supergüc Ukrayna məsələsini hərbi yolla bir həftəyə həll edərdi, 4 ilə yaxındır Ukraynanın öhdəsindən gələ bilməyən ölkə supergüc deyil, “kağız pələng”dir.

Bu, Trampın hakimiyyətə qayıtdığı 8 ay 5 gün, seçki ərəfəsində və seçkidə qələbəsindən sonrakı dövrü götürsək, 1 ildən çox müddətdə Rusiyanın ünvanına işlətdiyi ən sərt sözlərdir. Halbuki Tramp müharibəni bitirmək üçün Rusiyanın tələblərini Ukraynaya qəbul etdirməyə çalışırdı, hətta Zelenskini Ağ Evdə aşağılamaqdan da çəkinməmişdi – tarixi mübahisə hər kəsin xatirindədir.

Buna cavab olaraq Rusiya 2 gündür müxtəlif konfiqurasiyalar, siyasi labirintlər qurur. Məsələn, Peskov deyir ki, Tramp Zelenski ilə görüşün və Ukrayna liderinin “şişirdilmiş” informasiyalarının təsiri altında elə danışıb – yəni Tramp əslində elə düşünmür!

Kreml sözçüsünün bu mövqeyindən sonra rus aqressiv hərbi-siyasi maşınının təbliğat vintcikləri də ortaya atılıb, Trampın işlətdiyi ifadənin doğurduğu rezonansı yumşaltmaqla məşğuldurlar. Ancaq hər kəsə sanki göstəriş verilib: heç bir halda Trampın əleyhinə kəskin ifadələr işlətmək olmaz!

Trampın xarakterini hamıdan əvvəl KQB analiz eləmişdi: özünəvurğundur, tərifi sevir və onu tərifləməklə, şəninə mədhiyyələr döşəməklə ABŞ kimi nəhəngin dəstəyini qazanmaq olar!

Bu siyasəti artıq dünyanın bütün ölkələri aparır və Kreml bunu müşahidə etdiyi üçün daha ehtiyatlı, daha qorxaq davranmağa başlayıb – Trampın tənqidi ilə bağlı bircə cümləni belə eşitmək, görmək istəmir və bu mövqeyini piarçıları sədaqətlə yerinə yetirirlər.

Ancaq Trampın mövqeyinin dəyişməsi yalnız Avropa liderlərinin (təbii ki, başda Zelenskinin) sözünün əvvəlində, ortasında və sonunda ABŞ liderinə təşəkkür etməsi ilə bağlı deyil, bəzi reallıqlar da var.

1. Ukrayna artıq sərhədindən 1400 km-dan çox məsafədə, Rusiyanın dərinliklərinə hücum edə bilir;

2. Ukrayna son 3 gündə Krımda Rusiyanın 4 təyyarəsini ( 2 ədəd B-12 “Çayka”, 2 ədəd An-26) sıradan çıxarıb;

3. Ukrayna son bir ayda 160 kv.km ərazisini işğaldan azad edə bilib;

4. Ukrayna Rusiyanın NEZ-lərini ardıcıl hədəfə ala bilir;

5. Ukrayna artıq öz silah istehsalını sürətlə artırıb, ölkə nəhayət, hərbi relsə düşməkdədir və Avropa indi bu məsələdə Kiyevə daha böyük sərmayələr yatırır...

Həmçinin:

1. Rusiyanın ÜDM-i sürətlə kiçilir;

2. Rusiyada hava limanları artıq daha tez-tez bağlanır – ölkənin hava nəqliyyatı iflic olur;

3. Rusiya büdcəni doldurmaq üçün ƏDV-ni 22%-ə qaldırır;

4. Rusiyanın neft və qazdan gəlirləri sürətlə azalır;

5. Rusiya Şimali Koreya və Çindən daha çox asılı vəziyyətə düşür və s.

Ukrayna ilə bağlı hərbi-siyasi vəziyyət sürətlə dəyişir və dəyişməyə də davam edəcək: müharibə daha 1-2 il davam edərsə, Avropa Rusiya neft-qazından tamamilə imtina edəcək, Ukrayna isə tam mənasında hərb maşınına çevriləcək – Avropanın bütün hərbi yenilikləri Ukraynada tətbiq ediləcək.

Ona görə Trampın son xəbərdarlıqları və kəskin mövqe dəyişməsi təsadüf deyil – Rusiya hərbi imkanlarından qat-qat çoxuna iddia edir və bu da qəbul olunmur. Öz iddiasını meydanda qəbul etdirməyə girişən Rusiya isə getdikcə daha ciddi müqavimətlə üz-üzədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri