Icma.az
close
up
RU
“Tramp Rusiyanı neft gücü kimi tərksilah edir” İki alıcısı qalıb

“Tramp Rusiyanı neft gücü kimi tərksilah edir” İki alıcısı qalıb

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya neftinə alternativ müştərilər tapmaq mümkün olmayacaq”

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə işgüzar münasibətləri davam etdirən ölkələri sərt sanksiyalarla hədələyib.

“AzPolitika” xəbər verir ki, “Newsweek”-in məlumatına görə, bununla da ABŞ lideri Rusiyanı neft gücü kimi zəiflətməyi hədəfləyir.

Yeni məhdudiyyətlərin elan edilməsi ABŞ-nin bu yaxınlarda “Rosneft”, “Lukoil” və onların törəmə şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır ki, bu da artıq Çin dövlət şirkətlərini Rusiya neftini almağı dayandırmağa məcbur edib. Rusiya neftinin ikinci ən böyük alıcısı olan Hindistan isə Rusiya neftilə bağlı dekabr ayı üçün bir dənə də olsun sifariş verməyib.

Almaniyada çalışan enerji analitiki Tomas O'Donnell “Newsweek”-ə bildirib ki, ABŞ-nin hərəkətləri, Ukraynanın Rusiya neft emalı zavodlarına uğurlu hücumları ilə birlikdə, "Rusiyanı neft gücü kimi tərksilah edə" bilər.

O, hesab edir ki, əlavə sanksiyalar və infrastruktura hücumlar Rusiyanın enerji gəlirlərinin çökməsi üçün "güclü bir multiplikator" rolunu oynayacaq.

O'Donnell qeyd edib ki, Rusiya faktiki olaraq iki əsas alıcı ilə - Çin və Hindistanla məhdudlaşıb. İkinci dərəcəli sanksiyalardan qorxduqları üçün Rusiya neftinə alternativ müştərilər tapmaq demək olar ki, mümkün olmayacaq.

Tramp bildirib ki, amerikalı qanunvericilər İranı da sanksiyalar siyahısına əlavə edə bilərlər. Mediada yayılan məlumatlara görə, bu, Respublikaçı senator Lindsi Qrehemin uzun müddətdir lobbiçilik etdiyi və Rusiya enerjisini alan ölkələrdən idxala 500%-ə qədər tarif tətbiq edə biləcək qanun layihəsinə aiddir. Bu cür məhdudiyyətlər əsasən Rusiya neftinin əsas bazarları olan Çin və Hindistanı hədəf alacaq.

Ukrayna dronları son bir neçə aydır ki, Rusiya neft emalı zavodlarına və limanlarına sistematik şəkildə hücum edir. Məsələn, Qara dənizdə Novorossiysk və Tuapsedəki terminallar ciddi ziyana məruz qalıb və bu, qlobal neft tədarükünün təxminən 2%-ni təşkil edib.

Mütəxəssislər Rusiyanın Baltik dənizindəki obyektlərinin də hədəf alınacağını, nəticədə Rusiyanın ixrac infrastrukturuna ciddi ziyan dəyəcəyini və bunun sanksiyaların təsirini əhəmiyyətli dərəcədə artıracağını gözləyirlər.

Analitiklər hesab edirlər ki, sanksiyaların sərtləşdirilməsi Trampın Putini Ukrayna ilə bağlı daha məqbul tələblərlə danışıqlar masasına oturtmaq cəhdinin bir hissəsidir. Kremlin neft gəlirlərinə zərbə Rusiya hərbi maşınının əsasını təşkil edən yüksək hərbi xərclərini qeyri-mümkün edə bilər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri