Icma.az
close
up
RU
Tramp Rusiyanın dondurulmuş pullarını Ukraynaya verəcək? İlk dəfə hərbi yardım ayırmağa hazırlaşır

Tramp Rusiyanın dondurulmuş pullarını Ukraynaya verəcək? İlk dəfə hərbi yardım ayırmağa hazırlaşır

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən bəri ilk dəfə olaraq Ukraynaya yeni hərbi yardım ayırmaq ehtimalını nəzərdən keçirir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə CBS News diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu addım Rusiya rəhbərliyinə mesaj xarakteri daşıya bilər. Belə ki, bu həftə Moskva müharibə başlayandan bəri ən genişmiqyaslı hücumu həyata keçirib: bir gecə ərzində Ukraynaya 728 pilotsuz uçuş aparatı, 7 “İskəndər-K” qanadlı raketi və 6 “Kinjal” aerobalistik raketi buraxılıb.

Tramp administrasiyasının yardımı hansı mənbədən ayıracağı hələ dəqiq bilinmir. Lakin CBS-in məlumatına görə, Trampın sərəncamında keçmiş prezident Co Baydenin dövründən qalmış təxminən 3,85 milyard dollar vəsait mövcuddur. Bu vəsait ABŞ hərbi texnikasının Ukraynaya göndərilməsi üçün istifadə oluna bilər.

Bundan başqa, Trampın prezident səlahiyyətləri çərçivəsində ABŞ-da dondurulmuş təxminən 5 milyard dollar dəyərində Rusiya aktivlərini müsadirə edib Ukraynaya yönləndirmək imkanı da var. Lakin nə Tramp, nə də Bayden indiyə qədər bu mexanizmdən istifadə etməyib.

2022-ci ildən bəri ABŞ Ukraynaya on milyardlarla dollar həcmində hərbi yardım göstərib. Tramp isə bu xərcləri dəfələrlə tənqid edərək, Kiyev və Moskvanı sülh sazişi imzalamağa çağırıb.

Son günlərdə Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı ritorikası daha da sərtləşib. O, 9 iyulda hökumət iclasında bildirib: “Əgər həqiqəti bilmək istəyirsinizsə, Putin bizi boş sözlərlə yedizdirir. O, hər zaman mehriban görünür, amma bu artıq mənasızdır.”

10 iyulda NBC-yə verdiyi müsahibədə isə Tramp qeyd edib ki, Rusiyadan “son dərəcə məyus olub” və yaxın günlərdə bu mövzuda vacib bir açıqlama verəcəyini planlaşdırır.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri