Rusiyanın müttəfiqi Ukraynaya dəstək verəcək
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Avropadakı siyasi müttəfiqlərindən biri olan Serbiya Ukraynanın enerji sektorunun bərpasına investisiya qoymaq qərarına gəlib.
Axar.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, Serbiya tərəfindən göstərilən yardımın ümumi məbləği az olsa da, simvolik olaraq əhəmiyyətlidir: 2 milyon avro. Vəsait elektrik şəbəkəsinin gücünü bərpa etmək və milyonlarla ukraynalını elektrik enerjisi ilə təmin etmək üçün çox vacib olan yüksək gərginlikli transformatorların alınması və təchizatı üçün istifadə olunacaq.
Serbiyanın Ukraynadakı səfiri Andon Sapunji deyib ki, Serbiya enerji təhlükəsizliyi ilə bağlı görünməmiş çətinliklərlə üzləşən Ukrayna xalqı ilə həmrəydir:
“Bu töhfə həyati əhəmiyyətli xidmətlərin bərpasına və bu çətin dövrlərdə xəstəxanalara, məktəblərə və evlərə elektrik enerjisi təchizatının təmin edilməsinə dəstəyimizin əyani nümayişidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 03 Aprel 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















