Tramp Rusiyaya qarşı sərt sanksiyaları TƏSDİQLƏDİ
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.
Qanun Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, bank və enerji sektorundakı şirkətlərə, eləcə də Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutur. Sənəddə həmçinin Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.
Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-ədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-yə ixrac olunan məhsullara isə 500%-ədək rüsum tətbiq edilə bilər.
Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 19 Sentyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















