Icma.az
close
up
RU
Tramp sabahdan Yaxın Şərq səfərinə çıxır Təfərrüat açıqlandı

Tramp sabahdan Yaxın Şərq səfərinə çıxır Təfərrüat açıqlandı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-na kimi Yaxın Şərq tsəfərində olacaq.
O, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir kli, aprelin sonunda Papa Fransiskin dəfn mərasimi üçün Romaya qısa səfərdən sonra bu, prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan bəri ilk rəsmi xarici səfəri olacaq.
Onun ilk prezidentlik dövründə (2017-2021) Səudiyyə Ərəbistanı da Trampın rəsmi səfərdə olduğu ilk ölkə olmuşdu.

Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir. Amerika mətbuatının yazdığına görə, prezident ABŞ-ın Yaxın Şərqdəki rolu və məqsədləri ilə bağlı öz baxışını təqdim edəcək. Sammit mayın 14-nə planlaşdırılıb.

Səfərin əsas məqsədlərindən biri iqtisadi sövdələşmələrə bağlamaq və Amerika iqtisadiyyatına investisiya cəlb etmək olacaq. Fələstin-İsrail münaqişəsinin həllinin də müzakirə olunacağı gözlənilir. Qətər İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında aparılan danışıqlarda əsas vasitəçidir. Tramp qlobal neft qiymətlərini də müzakirə etməyi planlaşdırır: ABŞ-ın iqtisadi artımını sürətləndirmək üçün neft qiymətlərini aşağı salmaq administrasiyanın əsas məqsədlərindən biridir.

CNN-in məlumatına görə, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və maliyyə naziri Skott Bessent daxildir. Televiziya şirkətinin mənbələrinin qeyd etdiyi kimi, onlar regiondakı həmkarları ilə ikitərəfli görüşlərdə iştirak etmək üçün prezidentdən ayrı uçacaqlar. Nümayəndə heyətinə ticarət naziri Hovard Lutnik və prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff daxil ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri