Tramp sülh sazişi ilə bağlı: Rusiya ola bilsin “vaxtı uzadır”
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, mümkündür ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə sülh razılaşmasını “vaxtı uzadır”.
Newsmax-a müsahibəsində Tramp deyib: "Bilmirəm. Yəni, nə vaxtsa sizə xəbər verəcəm. Amma məncə, Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, onlar vaxtı uzadırlar".
O, əlavə edib ki, özü də uzun illər biznesdə eyni addımı atıb.
"Mən bunu illərdir edirəm, bilirsiniz; müqavilə imzalamaq istəmirəm, "oyunda qalmaq" kimi bir şey istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm... Əmin deyiləm. Ancaq yox, düşünürəm ki, Rusiya bunun bitməsini istərdi və düşünürəm ki, (Ukrayna Prezidenti Vladimir – Red.) Zelenski bunun bu mərhələdə bitməsini istərdi",- ABŞ lideri deyib.
Tramp əlavə edib ki, hər iki tərəf hər həftə orta hesabla 2500 əsgər itirir.
"Onlar amerikalı deyillər, amma bu baxımdan mənim üçün fərqi yoxdur... Mən döyüş meydanlarının şəkillərini görürəm; hətta onları görməməyi üstün tuturam. Bütün sahədə qollar, ayaqlar və başlar. Silahlar sadəcə absurddur. İndi isə pilotsuz təyyarələrdir... Və sadəcə olaraq, bunun dayandırılmasını istəyirəm", - Tramp bir neçə dəfə təkrarlayıb.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Mart 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















