Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Tramp: “Vaxtı çatıb” VİDEO

Tramp: “Vaxtı çatıb” VİDEO

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsinin təşəbbüskarı olan respublikaçı senator Lindsi Qrem “ABC” telekanalına belə deyib.
“Dünən biz qolf oynayanda prezident mənə dedi ki, qanun layihəsini irəli aparmağın vaxtı çatıb”, - dəqiqləşdirib.
Lindsi Qremin sözlərinə görə, təşəbbüsün mahiyyəti belədir: əgər hansısa ölkə Rusiyadan məhsul alır və Ukraynaya kömək etmirsə, o zaman ABŞ-nin ondan aldığı mallara 500 faizlik rüsum tətbiq olunacaq. Bu məhdudiyyətlərin təsir göstərə biləcəyi dövlətlər arasında senator Hindistan və Çinin adını çəkib. Çüqnki bu ölkələr Moskvadan karbohidrogen məhsulları almaqla Rusiyaya dəstək olurlar.
- Hazırkı mərhələdə mənim irəli sürdüyüm qanun layihəsi 84 konqresmen tərəfindən dəstəklənir və ona iyul ayında baxılacaq. Təşəbbüs təsdiqlənərsə, Tramp Rusiya ilə Ukrayna arasında münaqişə kontekstində “alət” alacaq”, - Lindsi Qrem vurğulayıb.
Sanksiyalar ABŞ-yə böyük zərər vuracaq?
“The Washington Post (WP)” qəzeti, öz növbəsində, Lindsi Qremin qanun layihəsinin Ukrayna münaqişəsində alət deyil, ABŞ və dünyanın qalan hissəsi arasında ticarət müharibəsinin başlaması üçün açar adlandırıb.
“Senator Qremin qanun layihəsi Rusiyada istehsal olunan neft, uran, təbii qaz, neft məhsulları və ya neft-kimya məhsullarını bilə-bilə satan, tədarük edən, köçürən və ya alan istənilən ölkəyə 500 faizlik tarif tətbiq edir. Bu, ABŞ-nin həmin ölkələrdən hər hansı biri ilə ticarəti dayandıracaq. Müqayisə üçün qeyd edək ki, Amerikanın tətbiq etdiyi ən yüksək cari tarif Çinə olan 55 faizlik ümumi tarifdir”, - nəşr yazır.
Qəzet xatırladır, Rusiyanın xam neftini Çin, Türkiyə və Avropa İttifaqı (Aİ) ölkələri, kömürünü Cənubi Koreya və Tayvan, maye qazını isə Cənubi Koreya və Yaponiya alır. Eyni zamanda, Braziliya Rusiya neft məhsullarının üçüncü ən böyük müştərisidir.
- Lindsi Qremin qanun layihəsinin qəbul edilməsi ABŞ-nin demək olar ki, hər bir əsas ticarət tərəfdaşına 500 faizlik tariflər tətbiq etmək deməkdir. Amerikalılar artıq bu il dünyanın qalan hissəsi ilə bir qısamüddətli ticarət müharibəsinə dözdülər və digərinə də girişməyə xüsusi istək yoxdur”, - məqalənin müəllif Cim Cerati bildirir.
Jurnalist ona da diqqət çəkir ki, ABŞ özü Rusiyadan minerallar, o cümlədən uran alır və bu halda Amerika hökumətinin özünə 500 faizlik rüsum tətbiq edib-etməyəcəyi ilə maraqlanır.
İkibaşlı çomaq
Moskva Qərbin sanksiyalarını dəfələrlə pisləyib və tənqid edib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyun ayında bildririb ki, yeni iqtisadi yüksəliş mərkəzləri ilə müqayisədə rəqabət qabiliyyətini itirən Qərb ölkələri “neokolonialist instinktlər”ini davam etdirirlər.
“Qərb diktatura üsullarına, tələblərini yerinə yetirməyənlərin cəzalandırılmasına keçəndə, Qərb birbaşa başqalarının əmlakını oğurlamağa, birtərəfli sanksiyalar metodlarına əl atmağa başlayanda, təbii ki, bütün bunlar dünya iqtisadiyyatının rahat işləməsinə kömək etmir”, - Rusiya diplomatiyasının rəhbəri deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, Moskvanı təzyiq və güc yolu ilə danışıqlara sövq etməyin mümkün olmadığını bildirib. Onun fikrincə, bu, ancaq məntiq və arqumentlərlə mümkündür. Kremlin sözçüsü onu da söyləyib ki, məhdudiyyətlər tətbiq edən dövlətlər çox vaxt bundan özləri əziyyət çəkirlər.
- Sanksiyalar paketi nə qədər ciddi olarsa, silahın çiyinə doğru geri çəkilməsi kimi bir o qədər ciddi əks-təsir verəcək. Hər halda, bu, iki tərəfi də iti olan silahdır”, - Dmitri Peskov deyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyun 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri