Icma.az
close
up
RU
Tramp Sülh Şurası yaratdı BMT nin aqibəti...

Tramp Sülh Şurası yaratdı BMT nin aqibəti...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 16-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Sülh Şurası"nın yaradıldığı elan edilib. Şuraya üzv olması üçün 60-dan çox ölkəyə dəvət göndərilib. Yanvarın 22-də isə İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb. Mərasimdə ABŞ-lə yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib. Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.

"Sülh Şurası"nın yaradılması BMT ilə bağlı müəyyən müzakirələrə səbəb olub. Bəzi ekspertlər "Sülh Şurası"nın  BMT-ni əvəzləyəcəyini düşünürlər. Bunu isə hazırki məqamda BMT-nin nüfuzdan düşmüş bir təşkilata çevrilməsi ilə izah edirlər. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, "Sülh Şurası"nın BMT-ni əvəzləyəcəyi ilə bağlı hazırda nəsə demək tələskənlikdir:                                 

"Sülh Şurası" necə olacaq?", "Trampın bu məsələdə marağı itəcək, yoxsa qalacaq?" Trampdan sonra nə olacaq?" kimi suallar hələ cavab tapmayıb. Ona görə tələsik dərhal "Sülh Şurası"nı BMT-yə qarşı qoymaq, düşünürəm ki, yersizdir".      

                                                                                                           

Parlamentari vurğulayıb ki, hələlik BMT-ni əvəz edə bilən qurum yoxdur:                                                              

"BMT-nin qüsurları var. Ancaq BMT-ni əvəz edən, qurum hələlik yoxdur. BMT ən universal təşkilatdır və düşünürəm ki, hər halda yaxın zaman üçün bütün tənqidlərə baxmayaraq BMT öz yerində qalacaq. Təbii islahatlar vacibdir. Ancaq indi dünya elə bir vəziyyətdədir ki, heç əməlli-başlı islahat da keçirmək iqtidarında deyil".

İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu ciddi sürətdə itirib:

"Artıq uzun müddətdir ki, ümumiyyətcə, bu qurumun fəaliyyət imkanlarının kifayət qədər aşağı olması, icra mexanizminin olmaması, hadisələrə operativ müdaxilə imkanlarının sıfırlanması faktiki demək olar ki,  bugün narahat dünyada baş verən münaqişələrin qarşısını almaq imkanından məhrum olması göz qarşısındadır və buna görə də böyük dövlətlər də artıq bununla bağlı öz mövqelərini bildirməkdədirlər. Hörmətli Rəcəb Tayyib Ərdoğan da bir neçə il bundan əvvəl  "Dünya beşdən böyükdür", ifadəsini işlətmişdi. Təbii ki, BMT-nin təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə nəzərdə tutulurdu və artıq dünya çoxqütblü dünyaya çevrilməkdədir. Və bu çoxqütblü dünyada yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac yaranıbdır. İkinci Dünya Müharibəsindən sonra formalaşmış BMT uzun müddət ərzində problemlərin həlli istiqamətində imkanlara malik idi.

Amma artıq görünən bundan ibarətdir ki, BMT öz əvvəlki imkanlarında deyil, nüfuzunu itirməkdədir və biz, xüsusilə də bunu öz üzərimizdə hiss elədik. BMT-nin dörd qətnaməsinin icra edilməməsi və Azərbaycanın öz gücünə həmin qətnamələrdə nəzərdə tutulan məsələləri reallaşdırması deməyə əsas verdi ki, BMT sözün həqiqi mənasında nüfuzunu itirməkdədir. Və məlumdur ki, 16 yanvar tarixində Donald Tramp "Sülh Şurası" adı altında bir təşkilatın formalaşması ilə bağlı açıqlama verdi.

Ondan sonra ölkələrə dəvətlər göndərilibdir və bu dəvətli ölkələrin içərisində Azərbaycan da var. Təxminən altmışa yaxın ölkəyə dəvət göndərilibdir və "Sülh Şurası"nın ilkin olaraq , Qəzzada, sülhün, reallaşdırılması, Qəzzanın yenidən qurulması və Yaxın Şərqdəki münaqişənin dayandırılmasına istiqamətlənmiş fəaliyyətlə məşğul olacağı bildirilsə də, əslində daha geniş, böyük anlamda "Sülh Şurası"nın digər funksiyaların da yerinə yetirə biləcəyi məsələsi gündəmə gəlir".

Parlamentari söyləyib ki, "Sülh Şurası"nın hətta BMT-ni əvəz edə biləcək bir təşkilata çevrilməsi məsələsi də gündəmdədir:

"Bu baxımdan, söylənən fikirlərin təbii ki, əsası var. Çünki Donald Tramp da bundan bir müddət əvvəl, ümumiyyətlə, BMT-dən çıxmaq məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının da mövqeyinin olmasını sərgiləmişdir. Bu baxımdan təbii ki, gələcəkdə "Sülh Şurası"nın BMT-ni əvəzləyə biləcək bir təşkilata çevrilməsi məsələsi reallaşa bilər.

Format da bunu deməyə əsas verir və Amerika Birləşmiş Ştatları bu prosesdə dominantlığı üzərinə götürməklə gələcəkdə formalaşacaq bu təşkilatın əsas aparıcı qüvvəsinə çevrilməyi hədəfləyir. 

Bu baxımdan təbii ki, BMT-nin yeni bir təşkilatla əvəzlənə biləcəyi imkanları da diqqətdən qaçmamalıdır. Bugün təkcə BMT deyil, bir sıra beynəlxalq təşkilatlar əvvəlki nüfuzunda deyillər. Narahat dünyada ümumiyyətlə proseslərin qarşısının alınması, sülh prosesinin, dünyada sülh, dayanıqlı sülhün bərqərar olunması üçün addımlar atılması vacib şərtlərdəndir və bu baxımdan da Birləşmiş Ştatların göstərdiyi, çabanı,təbii ki, təqdir etməklə yanaşı diqqətdə saxlamalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri