Icma.az
close
up
RU
Tramp sülhsevərliyi ilə adını tarixə yazmağa çalışır DEPUTAT

Tramp sülhsevərliyi ilə adını tarixə yazmağa çalışır DEPUTAT

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə sabah baş tutacaq görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Uzun müddətdir davam edən regional gərginlik fonunda təşkil olunan görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Vaşinqtonda baş tutacaq görüşün tarixi əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Baydenin prezidentliyi dövründə ABŞ erməni lobbisinin təsiri altında regionumuza ədalətsiz yanaşma sərgiləyərək ermənipərəst siyasət yürüdüb:

“Belə ki, ABŞ Prezident Administarsiyasının qurduğu senarisinə uyğun olaraq Milli Konqresdə və Senatda Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunurdu. Hətta keçmiş dövlət katibi Antoni Blinkenin iştirakı ilə  Ermənistanla ikitərfli və üçtərəfli səndələr imzalayaraq hərbi yardımların  göstərilməsi üzərində işləyirdilər. Donald Tramp prezident seçiləndən sonra Cənubi Qafqaza ədalət przimasından yanaşılmağa başlandı və erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qərarlar qəbul etdirmək dövrü arxivə göndərildi”. 

Deputat əlavə edib ki, Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin başlanğıcı oldu:

“Son vaxtlar dövlət başçılarımızın qarşılıqlı təbriklərinin, telefon danışıqlarının və məktub mübadilələrinin intensivləşdiyini müşahidə edirik. Bu intensivlik ölkələrarası münasibətlərin inkişaf dinamikasının göstəricisidir”.

A.Badamov qeyd edib ki, Donald Trampla Prezident İlham Əliyev arasında keçiriləcək görüşdə ikitərəfli və regional əhəmiyyətli mühüm məsələlərin müzakirə olunacaq.

“Azərbaycan-ABŞ ikitərəfli münasibətləri strateji tərəfdaşlıq xarakteri alır və iqtisadi əlaqələrdə artım dinamikası çox yüksəkdir. Azərbaycanın təşəbbüslə çıxış etdiyi enerji və regional layihələri  ABŞ dəstəkləyir. O cümlədən Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə mövzusu olacağını hesab edirəm”. 

O eyni zamanda vurğulayıb ki, müzakirə olunacaq əsas mövzulardan bir digəri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olacaq:

“Tramp sülhseverliyi ilə adını tarixə yazmağa çalışır. Ona görə də prezident seçildiyi ilk gündən dünyada baş verən müharibə ocaqların söndürülməsinə cəhd edir.  Belə ki, Hindistan-Pakistan müharibəsinin dayandırılmasına töhfəsini verib, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün səylərini davam etdirir. O cümlədən Azərbaycan Prezidenti və Ermənistan baş nazirini Ağ Evə dəvət etməklə iki ölkə arasında uzun sürən münaqişəni birdəfəlik tarixin arxivinə göndərilməsi üçün müvafiq addımları atılması da nəzərdə tutulur”. 

Son olaraq deputat bildirib ki, üçtərəfli görüşdə tərəflərin yekun sülh müqaviləsinin imzalanmasına sadiqliyini təsdiq edəcək bir sənəd imzalanacaq: 

“Bu görüş regionumuza dayanıqlı sülh və əməkdaşlığın gətirəcəyini hesab edirəm. ABŞ məsələlərə ədalətlə yanaşır və irəli sürdüyü təşəbbüslər Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevrilməsi baxımından əhəmiyyətli olacaqdır”,- deyə A.Badamov deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri