Icma.az
close
up
RU
Deputat: “Bir qrup Azərbaycanın qələbəsini unutdurmağa çalışır”

Deputat: “Bir qrup Azərbaycanın qələbəsini unutdurmağa çalışır”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünən Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi, sakinlərlə görüşdü, mühüm mesajlar verdi. 
Azərbaycan xalqı tarix boyu bir çox soyqırımı aktlarına, qətliam və faciələrə məruz qalıb. Ancaq heç bir cəhd bu millətin iradəsini qıra, haqq yolundan döndərə bilmədi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, bu gün dünyada yüzlərlə münaqişə var, ancaq onların heç biri tam həllini tapmayıb:

“Azərbaycan yeganə dövlətdir ki, torpaqlarını azad edib, qələbəsini tam təmin edib. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, revanşistlər anlamalıdırlar ki, bütün cəhdlərin qarşısı çox qətiyyətlə alınacaq. Bu gün Azərbaycan həmin Azərbaycan deyil. Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin. 

Bu gün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda edən bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu şaddır. Artıq qisas alınıb, onların qanı yerdə qalmayıb.  Son illər Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görüb, mühüm addımlar atıb və atılmaqdadır”. 

C.Məmmədov əlavə edib ki, bu gün həm də gördüyümüz kimi, bir qrup Azərbaycanın inkişafını görmək istəməyən qruplar bu qələbəni unutdurmağa çalışırlar:

"Bunun üçün bütün güclərini işə salıblar. Ziddiyyətli məqam odur ki, bu gün müxtəlif ölkələrin liderləri Cənab Prezident haqqında yüksək fikir söylədikləri halda bu qruplar xalqımızın bütün dəyərlərini ayaq altına ataraq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri