Tramp: Tesla mərkəzləri və avtomobillərinə hücum edənlər terrorçulardır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İlon Maskın "Tesla" şirkətinin avtomobillərini, diler mərkəzlərini və enerjidoldurma məntəqələrini dağıdan hücumçuları terrorçu hesab etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Trampdan bu cür hadisələri məişət terroru hesab edib-etmədiyini soruşduqda, "Əlbəttə, belə hesab edirəm" cavabını verib.
Eyni zamanda, Tramp vandalizm aktları törədən insanların arxasında onun siyasi rəqiblərinin dayandığına əminliyini ifadə edib.
ABŞ liderinin sözlərinə görə, günahkarlar tutulduqda məlum olacaq ki, onları solçu siyasi qüvvələrin nümayəndələri maliyyələşdirir. O, Maskı vətənpərvər və ağıllı insan adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Mart 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















