Tramp “Tesla”ya hücum edənləri Salvador həbsxanalarına göndərməyi təklif edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp “Tesla” avtomobilləri və avtosalonlarına qarşı yanğın və digər vandalizm aktları barədə məlumatlar fonunda şirkətə hücum edən insanların Salvador həbsxanalarına göndərilməsi ideyasını dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Tramp martın 21-də “Truth Social” platformasında yazıb.
“Bu xəstə terrorçu başkəsənlərin İlon Mask və “Tesla”ya etdiklərinə görə 20 il həbs cəzası almalarını səbirsizliklə gözləyirəm. Bəlkə də, onları son vaxtlar “gözəl” şərtləri ilə tanınan Salvador həbsxanalarına göndərmək olardı!”, – Tramp qeyd edib.
Trampın siyasi müttəfiqi və sponsoru olan “Tesla”nın baş direktoru İlon Mask, həmçinin federal xərclərin azaldılması ilə məşğul olan Hökumətin Effektivliyi Departamentinə (DOGE) başçılıq edir. Bu amillər “Tesla”nı hücumlar üçün hədəfə çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















