Icma.az
close
up
RU
Tramp: Ticarət müharibəsində amerikalılar ağrı hiss edəcək, ancaq buna dəyəcək

Tramp: Ticarət müharibəsində amerikalılar ağrı hiss edəcək, ancaq buna dəyəcək

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp amerikalıları xəbərdar edib ki, Meksika, Kanada və Çin kimi ölkələrə qarşı tətbiq edilən ticarət tarifləri səbəbindən iqtisadi çətinliklərlə qarşılaşa bilərlər.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Truth Social” sosial şəbəkəsində yazıb.  

Tramp həmçinin Avropa İttifaqını və bəlkə də Böyük Britaniyanı əhatə edə biləcək daha genişmiqyaslı ticarət müharibəsi ilə hədələyib.  

"Bu, Amerika üçün qızıl dövr olacaq! Ağrı olacaqmı? Bəli, ola bilər (hətta olmaya da bilər!). Amma biz Amerikanı yenidən möhtəşəm edəcəyik! Və bütün bunlar ödəniləcək qiymətə dəyəcək", – Tramp 2 fevralda tariflərin amerikalı istehlakçılara təsiri ilə bağlı yazıb.  

Tramp jurnalistlərə bildirib ki, 3 fevralda Kanada və Meksika liderləri ilə gömrük rüsumları barədə danışıqlar aparmağı planlaşdırır. Ekspertlərin fikrincə, bu tariflər qlobal iqtisadiyyata ciddi zərbə vura bilər, lakin Tramp öz qərarlarını yenidən nəzərdən keçirəcəyinə işarə etməyib.  

O həmçinin bildirib ki, Aİ-dən gətirilən mallara tariflər "mütləq olacaq" və bunun "çox yaxın zamanda" baş verəcəyini deyib. O, Böyük Britaniyanın da tariflərə məruz qala biləcəyini qeyd edib.  

Avropa İttifaqı 2 fevralda bəyan edib ki, əgər Tramp tarifləri tətbiq edərsə, "qətiyyətli" cavab verəcək, lakin Brüssel ticarət müharibəsindən qaçmaq üçün danışıqlara ümid edir.  

Trampın son açıqlamaları tariflərə məruz qalan ölkələrin – Kanada, Meksika və Çinin – cavab tədbirləri ilə hədələdiyi, eləcə də istehlakçılar üçün xərclərin artmasına və bütün tərəflərin iqtisadiyyatına zərər vuracaq tariflər əvəzinə ticarət danışıqlarına çağırdığı bir vaxtda verilib.  

Tramp tariflərin miqrasiya və narkotik ticarətini cilovlamaq və yerli sənayeni stimullaşdırmaq üçün zəruri olduğunu bildirib.  

Kanada və Meksika ABŞ-ın əsas xam neft idxalçıları olduğundan, ABŞ-da neftin qiyməti 1 dollardan çox artıb, benzinin fyuçers qiymətləri isə 3% bahalaşıb.  

Trampın tarifləri ABŞ-ın ümumi idxalının təxminən yarısını əhatə edəcək və analitiklərin fikrincə, ölkənin daxili istehsalını iki dəfədən çox artırmağı tələb edəcək.  

Trampın üç fərqli icra əmri ilə elan etdiyi tariflər çərşənbə axşamı qüvvəyə minməlidir. Kanada və Meksika Trampın addımlarına cavab olaraq Amerika mallarına 25 faizlik tariflər tətbiq edəcəklərini elan ediblər.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri