Icma.az
close
up
RU
Tramp Si Cinpin görüşü: Ticarət müharibəsində atəşkəs mümkündürmü?

Tramp Si Cinpin görüşü: Ticarət müharibəsində atəşkəs mümkündürmü?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, Çin lideri ilə görüş ABŞ prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.

Maraqlıdır ki, Tramp-Si Cinpin görüşü məlum tarif rüsumları və iqtisadi rəqabət mühitinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, hazırda bir-biriylə rəqabətdə olan iki böyük iqtisadi gücə malik olan ABŞ və Çin liderlərinin görüşü bir sıra iqtisadi proseslərin gələcəyini aydınlaşdıracaq.

Onun sözlərinə görə, görüş müsbət mənada mövqelərin uzlaşdırılması kontekstində keçərsə, bu halda dünya iqtisadiyyatında müəyyən sabitliyin hökm sürməsi və ABŞ tərəfindən Çin mallarına tətbiq olunan yüksək rüsumlu vergilərin müəyyən mənada aradan qaldırılması baş verə bilər:

"Tramp-Si Cinpin görüşü hələ baş tutmasa da, informatik baxımdan bazarlara və birjalara öz təsiri göstərib. Görüş müsbət nəticələrə səbəb olarsa, dünya üzərində iqtisadi münasibətlərdə yenidən sabitliyin meydana çıxmasına səbəb ola bilər”.

Müsahibimizə görə, Çin iqtisadiyyatının ucuz işçi qüvvəsi və texnoloji inkişaf baxımından göstərdiyi təsir o həddə çatıb ki, ABŞ daxili bazarı, iqtisadi mühiti və daxili istehsal gücünü qorumaq üçün bir çox vergi dəyişiklikləri etməyə məcbur oldu. Dediyinə görə, hətta bu kontekstdə ixrac olunan mallara xüsusi vergilər tətbiq olunub:

“Bu vergilər həddindən artıq ağırdır, Çin malları Amerika bazarına daxil olanda yerli və Avropa istehsalından daha baha başa gəlir. Bu isə Çinin Amerika bazarının itirməsi ilə nəticələnə bilər. Ona görə də məlum vəziyyət uzun müddət davam edə bilməz və müəyyən uzlaşmanın baş tutması gözləniləndir".

V.Orucun fikrincə, Tramp hakimiyyətə gələndən sonra əsas məqsədi Amerika istehsalını qorumaq idi. Bu, dövlətin indiyəqədərki itirilmiş mövqelərini bərpa etmək və düşdüyü borc bataqlığından xilas olmaq üçün vacibdir.

Vüqar Oruc: Əgər razılaşma olmasa, rəqabət daha da sərtləşəcək

"ABŞ dünya dövlətləri içərisində ən çox borcu olan dövlətlərdən biridir. Hətta bununla bağlı hökumətin bağlanması ehtimalı da ortaya atılmışdı. ABŞ nə qədər böyük və güclü dövlət olsa da, iqtisadiyyatın bir çox hallarda düzgün qurulmaması ölkə iqtisadiyyatını çox ciddi şəkildə böhrana sürükləyir. Bu vəziyyətin qarşısını almaq üçün Tramp hakimiyyətə gələndən sonra müəyyən islahatlar apardı. Tramp biznes adamı olduğuna görə bu islahatlardan ən başlıcası daxili bazarı qorumaq idi. Ona görə də vergilərin gömrük rüsumları artırıldı. Bu rüsumlar hazırda iqtisadi müharibənin ən şiddətli dövrünə görə yüksək həddədir və Çinə müəyyən problemlər yaradır", - deyə müsahibimiz əlavə edib.

İqtisadçı hesab edir ki, sözügedən görüş fond birjaları və dünya dövlətlərinin ayrı-ayrılıqda formalaşmış bazarlarına, qızıl ehiyatları və dövlət istiqrazlarına, o cümlədən dünya iqtisadi sisteminə çox böyük təsir göstərən əsas valyutaların məzənnələrinə təsirsiz ötüşməyəcək.

Həmsöhbətimiz hesab edir ki, Tramp-Si Cinpin görüşü böyük əhəmiyyətə malikdir. Onun fikrincə, əgər görüşdə liderlər heç bir razılığa gəlməsələr, vəziyyət yenidən şiddətlənəcək:

“Hər hansısa uzlaşma yolu müəyyən olunarsa, dünya iqtisadiyyatı nəfəs alacaq və sabitləşəcək. Bütün hallarda ABŞ və Çin arasındakı qarşıdurmalar iqtisadi müharibəni daha da alovlandırmayacaq. Çünki Çinə qarşı tətbiq olunan yeni rüsumlar son nəticədə Amerikanın özünə də zərbə vurur. Çin alternaiv bazarlara müraciət edə bilər, Lakin Amerika digər ölkələrdən məhsul ixracında çətinliklər yaşaya bilər. Bu isə ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

“Əgər razılaşma olmasa, sadəcə olaraq rəqabət daha da sərtləşəcək. Bu sərtlik isə təkcə hər iki dövlətə deyil, dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Hər bir halda iki lider də bunu başa düşür", - deyə Vüqar Oruc əlavə edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri