Icma.az
close
up
RU
Tramp Türkiyəyə güvənirəm deməklə Rusiyaya mesaj verir ŞƏRH

Tramp Türkiyəyə güvənirəm deməklə Rusiyaya mesaj verir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Ermənistanın sülh müqaviləsini məhz Türkiyədə imzalaması da heç kimi təəccübləndirməməlidir


Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik. Bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Bakı və İrəvan arasında sülh sazişi mətni üzrə razılaşmanı şərh edərkən deyib. 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqaz üçün mühüm addımdır. Çelik qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacibdir. Qeyd edək ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bəyan edib.


Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq qardaş Türkiyənin təhlükəsizlik çətiri altına, nəzarətinə verilir.  Ekspertin sözlərinə görə, aprel ayında da bunlar müzakirə olunacaq: 

"ABŞ prezidenti Donald Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir. Azərbaycanla Ermənistanın sülh müqaviləsini məhz Türkiyədə imzalaması da heç kimi təəccübləndirməməlidir.  Qardaş Türkiyə həm Avropa Birliyi, həm ABŞ, həm də Ermnistan üçün olmazsa-olmaz güc mərkəzinə çevrilir. Paşinyan hökumətinin Rusiyadan rəğbət görmədiyi, Qərbdən təhlükəsizlik qarantiyası ala bilmədiyi şəraitdə İrəvan hökuməti öz təhlükəsizliyini necə təmin edəcək? Dövriyyəyə qardaş Türkiyə girəcək. Paşinyanın Türkiyəli jurnalistləri Ermənistana dəvət etməsi, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması, sərhədlərin açılması görüntüsü Ermənistanın öz təhlükəsizliyinə hesablanmış məsələlərdir. Türkiyənin vazkeçilməz ölkə olması faktı ortadadır. Paşinyan hökuməti anlayıb ki, Azərbaycan və Türkiyəsiz Ermənistanın öz təhlükəsizliyini təmin etməsi mümkün deyil. Artıq baş nazir ATƏT-in Minsk qrupunun ləğvindən də danışır. Paşinyanın 2026-cı ildə uğur qazanması da Azərbaycanla sülh müqaviləsini imzalanmasından asılıdır. 2021-ci ildə erməni xalqı məğlub Paşinyana ona görə səs verdi ki, baş nazir sülh sözü vermişdi, erməni toplumu müharibə istəmir. Ona görə Paşinyan həm referendumla yeni Konstitusiyanı qəbul etdirəcək, həm də Minsk qrupunu ləğv edəcək. Eyni zamanda Zəngəzur dəhlizini də açacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri