Icma.az
close
up
RU
Tramp Ərdoğana sensasion mesaj verdi: ABŞ Türkiyəyə...

Tramp Ərdoğana sensasion mesaj verdi: ABŞ Türkiyəyə...

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqin yenidən dizayn olunması prosesində ABŞ Türkiyə ilə ziddiyyət yaşamaq istəmir, əksinə, anlaşma şəraitində hərəkət etməyə üstünlük verdiyini qabardır... Belə anlaşılır ki, Ağ Evin rəsmi Ankara ilə bağlı daha uzaqgedən planları var, hətta yeni dünya düzəninin qurulması prosesində ABŞ-Türkiyə ortaqlığı da qətiyyən istisna deyil...

Yaxın Şərq regionunun yenidən dizayn olunması prosesi hazırda həlledici mərhələyə keçmiş kimi görünür. Üstəlik, bu prosesdə məhz Suriya böhranının hansı şərtlər daxilində nizamlanacağı böyük əhəmiyyət daşıyır. Yəni, Suriya böhranı Yaxın Şərqin yenidən dizayn olunmasında müəyyənedici faktora çevrilməyə başlayıb. Və bu baxımdan, Suriya coğrafiyasına nəzarət uğrunda amansız mübarizənin mövcudluğu qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqin gələcək taleyi hazırda daha çox ABŞ, Türkiyə və İsrailin maraqları arasında olan kəskin ziddiyyətlərə başlıdır. Çünki bu regiona təsir mexanizmləri olan digər dövlətlərin manevr imkanları ciddi şəkildə məhdudlaşdırılmış kimi görünür. Hər halda, İran indi Yaxın Şərq üzərində əvvəlki kimi güclü təsir gücünə malik deyil. Çünki İranın “proxy” qüvvələri bir-birinin ardınca sıradan çıxarılmağa başlayıb. Əvvəlcə İsraillə savaş nəticəsində “Həmas” ciddi şəkildə zəiflədildi. Və bu baxımdan, Fələstin muxtariyyatında da müəyyən müqavimətlə üzləşməkdə olan “Həmas”ın bundan sonra Yaxın Şərqdə təsir faktoru rolunu oynama ehtimalı yüksək görünmür.

Digər tərəfdən, Livanda fəaliyyət göstərən “Hizbullah” da son vaxtlar ciddi hərbi zərbələr məruz qoyulur. Buna paralel olaraq, Yəməndə husilərə qarşı da hərbi əməliyyatlara başlanılıb. Bu iki “proxy” qüvvənin də regional proseslərə müdaxilə imkanları ciddi şəkildə məhdudlaşdırılıb. İraqda fəaliyyət göstərən İrana bağlı silahlı qruplaşmalar ABŞ-ın açıq təhdidlərindən sonra tərksilah olunmağa üstünlük verdiklərini bəyan ediblər. Eyni zamanda, Suriyada rəsmi Tehranın Rusiya ilə ortaq şəkildə dəstəklədiyi Əsəd rejiminin devrilməsi də həm İranı, həm də Rusiyanı Yaxın Şərqin yenidən dizayn olunması prosesindən kənarda qoyan faktorlardan biri hersab edilir.

Bütün bunları nəzərə aldıqda, Yaxın Şərqin taleyinin hazırda ABŞ, Türkiyə və İsrail arasında həll edilmə ehtimalı daha ön plana keçmiş kimi görünür. Ancaq bu üç dövlətin arasında da regional proseslərin inkişaf istiqamətlərinə münasibətdə müəyyən ziddiyyətlər müşahidə edilir. Belə ki, İsrail Türkiyənin Yaxın Şərqdə regional güc mərkəzinə çevrilmə şansından ciddi şəkildə narahatdır. Xüsusilə də, Türkiyənin Suriya böhranın həll edilməsində, bu dövlətin yenidən bərpa olunmasında əsas söz sahibi olması da rəsmi Təl-Əvivi qətiyyən məmnun etmir. Və rəsmi Təl-Əviv münasibətləri pozulmuş Türkiyəni İsrail üçün ciddi regional problem hesab edir.

Digər tərəfdən, ABŞ Yaxın Şərqin yenidən dizayn olunmasında birmənalı şəkildə İsrailin maraqlarını qorumağa üstünlük verir. Bəzi məlumatlara görə, regional “proxy” qüvvələri böyük ölçüdə sıradan çıxarılmış İrana qarşı ABŞ-ın radikal mövqe tutmasında da məhz bu faktorun həlledici təsiri mövcuddur. Yəni, Ağ Ev ABŞ-ın İran siyasətini İsraillə müzakirə edərək, razılaşdırmağa üstünlük verir. Və İsrailin ABŞ-ın Yaxın Şərqdə əsas strateji müttəfiqi olduğunu nəzərə aldıqda, bu, o qədər də təəccüblü görünmür.

Ancaq digər maraqlı məqam ondan ibarətdir ki, Tramp administrasiyası rəsmi Təl-Əvivin Türkiyə ilə bağlı mövqeyini eynilə təkrarlamağa qətiyyən həvəsli deyil. Hətta hesab etmək olar ki, Türkiyə yanaşma məsələsində ABŞ və İsrail arasında müəyyən ziddiyyətlər belə, olmamış deyil. Belə ki, rəsmi Təl-Əviv Suriyanın tamamilə Türkiyənin nəzarəti altına keçməməsi üçün ABŞ-ın müdaxilə etməsində maraqlıdır. Və bu müdaxilənin məhz Türkiyənin Suriyada manevr imkanlarını məhdudlaşdıracaq səviyyədə olmasını istəyir.

Halbuki, Tramp administrasiyası Türkiyəyə münasibətdə bir qədər fərqli, hətta mümkün qədər ehtiyatlı siyasət yürütməyə üstünlük verir. Ağ Evdə Suriyanın Türkiyənin nəzarətinə keçməsi reallığı ilə böyük ölçüdə barışıblar. Hətta Ağ Ev son vaxtlar Suriyadakı ABŞ hərbi bazalarının ləğvi üzərində düşündüyünü də gizlətmir. Böyük ehtimalla Ağ Ev İranla hərbi-siyasi qarşıdurma şəraitində Türkiyə ilə hər hansı problem yaratmağa həvəsli deyil. Və üstəlik, NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə qlobal proseslər çərçivəsində tərədaşlıq mühiti ABŞ-ın strateji maraqlarına uyğundur.

Göründüyü kimi, Ağ Ev ABŞ-ın İsrail və Türkiyə ilə münasibətlərini balanslaşdırmaq məcburiyyətində qalıb. Ağ Ev hər iki dövlət ilə strateji tərədaşlığa ehtiyac duyduğundan onların heç birisini narazı salmaq istəmir. Xüsusilə də, son vaxtlar Tramp administrasiyasının Türkiyə ilə yaxınlaşma cəhdləri açıq-aşkar müşahidə edilir. Və belə bir yaxınlaşmanın qaçılmazlığı, eləcə də, Ağ Evin buna xüsusi həssaslığı İsrailin baş naziri Benyamin Netanyahunun son ABŞ səfəri çərçivəsində verilən açıqlamalarda da qabarıq şəkildə ifadə olunub.

Məsələ ondadır ki, ABŞ və İsrail liderlərinin mətbuat konfransında prezident Donald Trampa Suriyanın Türkiyənin nəzarəti altına düşməsindən rəsmi Təl-Əvivin narahatlığı xatırladılıb. Ancaq prezident Donald Tramp buna cavab olaraq, gözlənilənin əksinə Türkiyə liderinin ağıllı dövlət başçısı olduğunu, ona rəğbət bəslədiyini bildirib. Ardıncasa, Ağ Ev sahibi Türkiyə və İsrail arasında olan istənilən problemi həll edə biləcəyini də bildirib və buna nail olmaq üçün isə hər kəsi məntiqə uyğun davranmağa çağırıb.

Bu, Yaxın Şərqin yenidən dizayn olunması prosesində ABŞ-ın Türkiyə ilə ziddiyyət yaşamaq istəmədiyini, əksinə, anlaşma şəraitində hərəkət etməyə üstünlük verdiyini göstərir. Belə anlaşılır ki, Ağ Evin rəsmi Ankara ilə bağlı daha uzaqgedən planları var, hətta yeni dünya düzəninin qurulması prosesində ABŞ-Türkiyə ortaqlığı da qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri