Icma.az
close
up
RU
Tramp üçün kritik seçim: İmpiçment təhlükəsi yenidən gündəmdə

Tramp üçün kritik seçim: İmpiçment təhlükəsi yenidən gündəmdə

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Tramp onu gözləyən təhlükəni, nəhayət ki, özü dilə gətirdi: 3 noyabr seçkilərində respublikaçılar uduzsalar, demokratlar onu impiçment edəcəklər!

Tramp ABŞ tarixində barəsində 2 dəfə impiçment proseduru başladılan, ancaq son anda Konqresin yuxarı palatası – Senat tərəfindən xilas edilən prezidentdir. Əgər qarşıdakı aralıq seçkilərində respublikaçılar Senatdakı üstünlüklərini itirsələr, bu dəfə Trampı impiçmentdən xilas edən olmayacaq.

Hazırda Senatdakı 100 yerdən 53-ü respublikaçılara məxsusdur, 3 noyabrda 435 nəfərlik konqresmenlə yanaşı, 35 nəfər də senator seçilməlidir.

Bütün ciddi sorğu mərkəzlərinin hesabatlarına görə, önümüzdəki 1 ay ərzində fövqəladə bir hadisə baş verməzsə, respublikaçılar həm Senat, həm də Nümaynədələr Palatasındakı üstünlüklərini itirəcəklər.

Səbəb isə elə Trampın özüdür. Yaşı 80-i haqlamış, ciddi psixoloji problemlər yaşadığı aşkar görünən, danışığı və davranışlarıyla ABŞ-ın beynəlxalq nüfuzunu darmadağın edən Trampın 2 illik prezidentliyi dönəmində ölkə həm qlobal siyasətdəki “hegemon” statusunu itirib, həm də daxildə əhəmiyyətli dərəcədə geriləyib.

Ukrayna və İran məsələsindəki uğursuzluq, enerji qiymətləndirindəki artım, kəskin infilyasiya, miqrantlarla bağlı qərarlar, müxtəlif dövlətləri işğalla hədələmək Trampın nüfuzuna ölkə daxilində elə bir zərbə vurub ki, artıq respublikaçıların sabit bazalarının olduğu ştatlarda belə, əhali demokrat namizədlərin qələbə qazanmasını arzulayır və bu, nəinki Konqresə, hətta 2028-ci ilin prezident seçkilərinə də öz təsirini göstərəcək.

Bu baxımdan, ABŞ-dakı 3 noyabr seçkiləri təkcə ABŞ və Tramp yox, bütün dünya üçün əhəmiyyətli siyasi hadisə sayılır və hətta onun açıq vətəndaş qarşıdurmasına çevrilmə riski də var.

Xatırladaq ki, Trampdan əvvəlki prezident Jo Bayden hələ 2024-cü ilin martında Konqresə məruzəsində ABŞ cəmiyyətindəki siyasi qütbləşməyə və Trampın addımlarına işarə edərək, belə bir ifadə səsləndirmişdi: “Avraam Linkoln və Vətəndaş Müharibəsindən bəri ölkəmizdə azadlıq və demokratiya heç vaxt bugünkü kimi hücuma məruz qalmamışdı”…

2021-ci ildə Kapitoliyə hücumun təşkilində ittiham olunan Tramp isə indi respublikaçılara, faktiki olaraq, 2026-cı ilin 3 noyabr seçkilərinin onun üçün son ola biləcəyi xəbərdarlığını elan edir!

Hazırda mümkün ehtimallardan biri də ABŞ “dərin dövləti”nin Trampın impiçmentlə vəzifəsindən uzaqlaşdırılması və vitse-prezident Jey Di Vensin önünün açılması, prezidentlik müddətini onun tamamlaması ssenarisini işə salmasıdır.

Çünki 80 yaşlı yevangelist Trampdan fərqli olaraq, 42 yaşlı katolik Jey Di Vens respublikaçılar arasında daha populyar və ümidverici fiqurdur, amerikan maraqlarının daha yaxşı qoruyucusu kimi qəbul edilir. Üstəlik, o, həm Ukrayna, həm də İran probleminin həllində Trampdan daha real və yeni qlobal nizamı təşkil edəcək baxışlara və iradəyə sahibdir.

Çox güman ki, hazırda ABŞ-la yeni nizam quruculuğu prosesində birbaşa iştirak edəcək Çin və Rusiya kimi nəhəng dövlətlərin də Trampla anlaşmadan yayınaraq 3 noyabr seçkilərinin nəticəsini gözləmə kursu seçmələri, İranın sülh danışıqlarını süni şəkildə uzatması, Yaxın Şərqdə Trampın əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanının husilərin əliylə tamamilə küncə sıxışdırılması, İsraildə isə Netanyahu əleyhinə koalisiyanın gücləndirilməsi birbaşa ABŞ daxilində gedən proseslərlə və bu ölkənin öz gələcəyini necə dizayn edəcəyini hesablamalarıyla bağlıdır.

ABŞ-dakı seçkilərə isə düz 1 ay qalır – təhlükə və sürprizlərlə dolu 1 ay!

Elxan Şükürlü
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri