Icma.az
close
up
RU
Tramp Ukrayna cəbhəsinə pul xərcləmək istəmir (ŞƏRH)

Tramp Ukrayna cəbhəsinə pul xərcləmək istəmir (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Birləşmiş Ştatların nəhəng hərbi sənaye kompleksinə irihəcmli dövlət sifarişləri tələb olunacaqsa, Tramp birmənalı şəkildə Bundestaq deputatının dediyi razılaşmalara gedəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Bundestaq deputatı Mihael Rotun Ukraynaya dəstəyin davam etdirilməsində razılığa gəlmək üçün Avropa İttifaqı və ABŞ-ın yeni prezidenti Donald Trampa ünvanladığı çağırışı şərh edərkən deyib.

"Tramp söz verib ki, Ukrayna müharibəsini dayandıracaq. Bunun da iki yolu var. Ya gərək razılaşmaya gedərək, Ukraynaya lazım olan silahları verməkdə davam etməlidirlər ki, onlar mövqelərini gücləndirsin, ərazilərin müəyyən hisssini geri ala bilsinlər. Yaxud da Tramp demişkən, Rusiya ilə özünün bildiyi hansısa yollarla, Putinin hansısa zəif mövqeyindən istifadə edib, müharibəni dayandırsın. Hər bir ölkənin rəhbəri öz dövlətinin marağına uyğun addım atır", deyə Elçin Şıxlı bildirib.


Həmsöhbətimizə görə, ABŞ-ın hərbi sənaye kompleksinə irihəcmli dövlət sifarişləri veriləcəyi təqdirdə, Tramp almaniyalı deputatın təkliflərini qəbul edə bilər:

"Müəyyən məsələlər var. Məsələn, ABŞ-ınnəhəng hərbi sənaye kompleksi var. Bu sahəyə güclü dövlət sifarişləri tələb olunacaqsa, Tramp yüz faiz almaniyalı deputatın dediyi razılaşmalara gedəcək. Çünki bu halda ölkənin hərbi sənaye kompleksinə, Ukraynanın silahlanmasına ABŞ-ın özü pul xərcləməyəcək. Bu iş Aİ ölkələrinin öhdəsinə düşəcək. Həm ölkənin hərbi sənaye kompleksi bütün gücü ilə işləyəcək, yeni iş yerləri açılacaq, həm də silahlara görə ABŞ-ın özü heç bir xərc çəkməyəcək. Trampın bir şüarı var: "Hər şey Amerika üçün". Məhz bu şüara uyğun hərəkət olacaqsa, deməli Trampla Aİ Ukraynaya dəstək məsələsində razılığa gələ biləcəklər".

Qeyd edək ki, Bundestaqın beynəlxalq məsələlər komitəsinin rəhbəri Mihael Rot Avropa İttifaqını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Ukraynaya dəstəyin davam etdirilməsi barədə razılığa gəlməyə çağırıb. Bu barədə "Rheinische Post” məlumat yayıb. 

"Avropa, nəhayət, strateji təşəbbüsə keçməli və Trampa belə bir razılaşma təklif etməlidir: Aİ və Avropa dövlətləri Ukraynanın tam maliyyələşdirilməsini öz üzərinə götürəcək - Avropa dövlətlərinin hələ sahib olmadığı hərbi texnika isə ABŞ-dan Ukrayna üçün alınacaq", deyə o bildirib. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri