Icma.az
close
up
RU
Tramp üçün Ukrayna artıq prioritet deyil (ŞƏRH)

Tramp üçün Ukrayna artıq prioritet deyil (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İranla İsrail arasında atəşkəs qüvvəyə minib. Hər iki ölkə rəhbərliyi məlumatı təsdiqləyib. ABŞ prezidenti Donald Tramp da  öz "Truth" hesabında İran və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunduğunu bildirib :"Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq".

Daha sonra o hər iki ölkəni, İsraili və İranı bu müharibəni bitirmək üçün göstərdikləri dözümlülük, cəsarət və zəka ilə bağlı təbrik etdiyini deyib. Tramp bildirib ki, bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə idi. Amma bu baş vermədi və heç vaxt da baş verməyəcək.

İndi siyasi araşdırmaçıları belə bir sual düşündürür - İran-İsrail münaqişəsində sülh əldə olunduğuna görə yenidən diqqətin Ukrayna savaşına yönələcəyini düşünmək olarmı?

Siyasi təhlilçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp üçün Ukrayna artıq prioritet deyil, bunu özü də hər dəfə nümayiş etdirir:


"Trampın Ukrayna müharibəsində əsas məqsədi əslində Rusiya ilə dil tapmaqdır. İkincisi isə bildiyim qədər artıq çoxdan bir çox silah və texnika Yaxın Şərqə göndərilib. Onların geri qayıdacağı ehtimalı azdır. Tramp daha çox tacir xarakterlidir, yəni daha tez nəticə əldə etməyə çalışır. Hətta Yəməndə hərbi əməliyyatlar uzandı və nəticə vermədi deyə Tramp onu dayandırdı".

Təhlilçi düşünür ki, uzunmüddətli müharibə Tramp üçün yorucu və daha çox xərc aparır deyə maraqsızdır:

"Bu səbəbdən də Tramp Ukrayna müharibəsinin tez bir zamanda bitməsini istəyir. İsrailə gəlincə, İsrail ABŞ üçün vacib ölkədir, son hadisələr də göstərdi ki, Vaşinqton üçün hər bir şəraitdə İsrail vacib mövzudur. Ona görə də, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, İsrail müdafiə olunacaq və bu qayda dəyişməyəcək. Əlbəttə, hökumətlər arasında fikir ayrılıqları ola bilər və bu, normaldır. Amma bu, İsrailin müdafiəsiz qalacağı mənasına gələ bilməz. Bu mənada prioritet İsrail olaraq qalacaq".

Siyasət şöbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri