Tramp Ukrayna və Avropa liderləri ilə görüşdən sonra Putinlə yenidən telefonla danışıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Vaşinqton, 25 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna və Avropa liderləri ilə görüşdən sonra təkrar telefon danışığı baş tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb.
"Onunla etdiyim hər söhbət yaxşı müzakirədir. Sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm. Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu, çətin işdir”, - deyə Tramp bildirib.
O əlavə edib ki, Putinin Alyaskaya getməsi müharibəni bitirmək istəyinin ən böyük göstəricisidir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Baxış sayı:102
Bu xəbər 25 Avqust 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















