Ərdoğan Putinlə telefonla danışıb
Icma.az, Ayna saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
AYNA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı liderlər arasında ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması vurğulanıb.
“Bunu nəzərə alaraq, aidiyyəti qurumlar arasında əlaqə saxlanılacaq. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”, - deyə məlumatda qeyd olunub.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılması müzakirə edilib.
Ərdoğan Türkiyənin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərinə və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
Baxış sayı:82
Bu xəbər 24 Noyabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















